Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/27/2025

Paylaşın

TARİXİMİZ

Dünən gerçək, bu gün xəyal olan ölkələr

Xəyal olan ölkələr

Millət, məmləkət, dövlət də insan kimidir. Yaddaşı ilə yaşayır. Doğulur, böyüyür, tərəqqi edir, iflasa, səfalətə uğrayır, sıradan çıxır. Bir zamanlar dünyanın qüdrətli dövlətlərindən sayılan, artıq tarixə çevrilən Avstriya-Macarıstan imperatorluğu, Böyük Kolumbiya, Yuqoslaviya, sosializmin döyünən qəlbi Sovet İttifaqı belə dövlətlərdəndir.

Dünyaya meydan oxuyan Hunların təməlini qoyduğu Avstriya-Macarıstan imperatorluğu I Dünya müharibəsindən sonra – 1918-ci ildə parçalanmaqla kifayətlənmədi, əvəzində müxtəlif dövlət quruldu: Avstriya, Macarıstan, Polşa, Çexiya, Slovakiya, Sloveniya, Xorvatiya, Bosniya-Herseqovina, Rumıniya.

Dünyanın böyük bir qismini tutan, yeni bir formasiyanın, quruluşun təməlini qoyan, kapitalizmin yerinə sosial ədalətə söykənən, sosialist sistemini meydana gətirən, Marks-Engels-Lenin nəzəriyyəsi ilə idarə olunan, “Bütün ölkələrin proletarları birləşin!” nidası, II Dünya müharibəsindəki qələbəsi, Böyük Vətən uğrunda savaşdakı təntənəsi ilə kapitalist dünyasına meydan oxuyan Sovet İttifaqı 1991-ci ildə iflasa uğradı. Mixayıl Qorboçuvun xəyanəti nəticəsində dağılan Sovet İttifaqından tarixə Müstəqil Dövlətlər Birliyi adında bir qurum, özgürlüyə nail olan 15 respublika qaldı. Onlardan biri də 1991-ci ilin noyabrında “Müstəqillik aktı”na imza atıb əbədi istiqlala qovuşan Azərbaycan Respublikasıdır.

Dünən gerçək, bu gün xəyal olan dövlətlərdən biri də II Dünya müharibəsindən sonra 1918-ci ildə Balkanlarda təməli qoyulan Yuqoslaviya Respublikasıdır. 1992-ci ilə qədər 14 il ömür edən Yuqoslaviya dövləti qanlı ixtişaşlar, üsyanlar, vətəndaş müharibə nəticəsində iflas edərək 7 ölkəyə bölündü.

Artıq tarixə çevrilən, lakin eyni tarixə, mədəniyyətə malik olan XIX yüz ilin önündə Sayman Bolivarın rəhbərliyi ilə qurulan Böyük Kolumbiya dövləti Kolumbiya, Venesuela, Panama və Ekvador kimi dövlətlərə bölünərək, bütövlüyünü, özgürlüyünü itirdi. Varlığını sadəcə 12 il qoruya bilən Böyük Kolumbiya daxili çəkişmələr, çevriliş cəhdləri, qanlı savaşlar nəticəsində tarixdə ancaq adı qalan ölkələrdən birinə çevrildi.

Doğrudan da millət, məmləkət, dövlət də insan kimidir. Yaddaşı ilə yaşayır. Doğulur, böyüyür, yaşayır, tərəqqi edir, sonra isə tarixə çevrilir. Qəribəsi, daha maraqlısı odur ki, bu məşhur imperiya və dövlətlərin parçalanması XX yüz ildə doğulan XXI yüz ildə yaşamaq səadəti nəsib olan insanların gözü önündə baş vermişdir.

Şərəf Cəlilli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Корней Чуковский – имя, знакомое каждому со школьной скамьи. Его «Айболит», «Мойдодыр» и «Федорино горе» стали неотъемлемой частью

Ən son

HƏR ŞEYDƏN

Spatifilium (Spathiphyllum) — tropik iqlimə məxsus, iri yaşıl yarpaqları və zərif, ağ çiçəyi ilə tanınan

HƏR ŞEYDƏN

Spatifilium (Spathiphyllum) — tropik iqlimə məxsus, iri yaşıl yarpaqları və zərif, ağ çiçəyi ilə tanınan