Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/26/2025

Paylaşın

GÜNDƏM

Yasamalda su təchizatı yaxşılaşdırılır

Yasamalda su təchizatı, Yasamal rayonu

Yasamal rayonunda əhalinin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Yasamal Rayon Sukanal İdarəsi tərəfindən işlər həyata keçirilir.

İstehlakçıların məişət, içməli, istehsalat, yağış və tullantı sularının axıdılması xidmətləri idarə tərəfindən müntəzəm icra olunur. Məqsəd sakinlərin dayanıqlı və keyfiyyətli içməli su ilə fasiləsiz olaraq təminatını həyata keçirməkdir.

Baki-baku.az İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadla xəbər verir ki, rayon ərazisində içməli su şəbəkəsinin ümumi uzunluğu 348 kilometrdir. İdarənin balansında 32 ədəd su nasos stansiyası və 19 ədəd su anbarı fəaliyyətdədir. Ümumi abonent sayı 114939 nəfərdir ki, bundan 108 min 244 nəfər əhali, 6695-isə qeyri-əhalidir. Rayonda sayğaclaşma faizi 94 faiz təşkil edir. İdarə tərəfindən rayon ərazisində su və kanalizasiya xətlərində baş verən qəzalar operativ aradan qaldırılır.

Yasamal rayon Sukanal İdarəsinin rəisi Sərxan Orucov görülən işlərlə bağlı məlumat verərək bildirib ki, sukanal idarəsi tərəfindən rayon ərazisində ilin əvvəlindən 1094 paqonometr müxtəlif diametrli yeni su xətti çəkilib, 624 paqon metr su xətti isə təmir olunub. Habelə yaşayış binalarının zirzəmisində 797 paqon metr kanalizasiya xətti dəyişdirilib, 154 paqon metr isə təmir olunub. Bundan başqa məhəllədaxili su nasos stansiyalarında 3 ədəd yeni nasos quraşdırılıb, 24 ədəd nasos və 1 ədəd elektrik mühərriki təmir olunub. Həmçinin 11 ədəd su anbarı yuyularaq dezinfeksiya olunub, ümumilikdə 109 min 71 abonent su ilə təmin edilib.

Yasamal rayonu

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как сообщает Baki-baku.az, результаты исследования опубликованы в журнале Energy & Environmental Materials

Ən son

GÜNDƏM

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 98-ci teatr mövsümünün başlanması ilə əlaqədar kollektivin geniş tərkibli

GÜNDƏM

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 98-ci teatr mövsümünün başlanması ilə əlaqədar kollektivin geniş tərkibli
Facebook
X (Twitter)
LinkedIn
Email