Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/22/2025

Paylaşın

GÜNDƏM

Biləcəridə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Biləcəridə elektrik enerjisi, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Elektrik enerjisi, Azərişıq

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Bu barədə Baki-baku.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində avqustun 22-də 35/6 kV-luq 89 saylı yarımstansiyada yeni transformator şəbəkəyə qoşulur. 94 saylı yarımstansiyada isə yeni güc mənbəyi quraşdırılır.

Bununla əlaqədar olaraq saat 13:00-dək Binəqədi Şosesi, “Zəngəzur” obyektinin ətrafında olan yaşayış masivlərində, saat 14:00-dək Vulkan dağı ətrafında yerləşən yeni yaşayış masivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.
Gücləndirmə işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində

Ən son

GÜNDƏM

Baki-baku.az “Saatlı bina”dan fotoreportaj hazırlayıb, qülləsinə daxil olaraq paytaxtın simvoluna çevrilən bu saatı yaxından sizə

GÜNDƏM

Baki-baku.az “Saatlı bina”dan fotoreportaj hazırlayıb, qülləsinə daxil olaraq paytaxtın simvoluna çevrilən bu saatı yaxından sizə