Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/22/2026

Paylaşın

GÜNDƏM

Bakıda özəl tibb müəssisəsi 26 min, direktoru 3 min manat cərimələnib

"Kristal Estetik"

“Kristal Estetik” klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Baki-baku.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı “Kristal Estetik” MMC tərəfindən vətəndaş Aytəkin Musayevanın əmək müqaviləsi qanunla müəyyən edilmiş qaydada hüquqi qüvvəyə minmədən kosmetoloq vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb olunması müəyyən olunub.

Bundan əlavə, A.Musayevanın ali tibb təhsilinin olmadığı, habelə vətəndaşa tətbiq edilmiş prosedurla bağlı tibbi sənədləşmənin aparılmadığı müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda “Kristal Estetik” MMC və cəmiyyətin direktoru Roza Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi, həmin Məcəllənin 215.4-cü (ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib

Məhkəmənin qərarları ilə “Kristal Estetik” MMC İXM-nin 192.1-ci maddəsi ilə 20 min manat, 215.4-cü maddəsi ilə 6 min manat, cəmiyyətin direktoru R.Əliyeva isə həmin Məcəllənin 192.1-ci maddəsi ilə 3 min manat məbləğində inzibati qaydada cərimə edilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən " OBA Market"

Ən son

GÜNDƏM

Bakıda küçələrdən birinə Əhməd Yasəvinin adı verilib.

GÜNDƏM

Bakıda küçələrdən birinə Əhməd Yasəvinin adı verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin