Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/22/2025

Paylaşın

GÜNDƏM

Yol polisi piyadalara çağırış edib

“Yol hərəkəti qaydalarına laqeyd yanaşmanın nəticəsi növbəti dəfə faciə ilə yekunlaşıb. Müəyyən edilməmiş yerdən yolu keçməyə cəhd edən piyada və düzgün ara məsafəsi saxlamayan sürücünün məsuliyyətsiz davranışı insan həyatının itirilməsi ilə nəticələnir”.

Baki-baku.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, hər bir hərəkət iştirakçısı unutmamalıdır ki, qaydalara riayət etməklə yalnız özünün deyil, eyni zamanda, digər insanların da təhlükəsizliyini qorumuş olur.

“Piyadaların yolu yalnız müəyyən olunmuş yerlərdən – piyada zolaqlarından, yeraltı və yerüstü keçidlərdən keçməsi, sürücülərin isə yol şəraitinə uyğun sürət seçməsi və ara məsafəsini saxlaması qanunun tələbidir. Bu tələblərə əməl edilməməsi isə ağır nəticələrə gətirib çıxarır”.

BDYPİ bir daha xatırladıb ki, piyadaların yolun istənilən hissəsindən keçməsi həyat üçün ciddi təhlükə yaradır. Keçidə daxil olmazdan əvvəl mütləq şəkildə yol vəziyyətini dəyərləndirmək, yaxınlaşan nəqliyyat vasitələrinin sürətini və dayana bilmə imkanlarını nəzərə almaq lazımdır. Yolu qəfil və ya gözlənilmədən keçməyə çalışmaq həm piyada, həm də sürücülər üçün böyük risk yaradır.

“Yolu keçərkən diqqətinizi tamamilə hərəkətə yönəldin. Mobil telefondan, qulaqlıqlardan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməyin. Hətta piyada keçidindən istifadə etdiyiniz halda belə, yalnız sürücünün sizi gördüyünə və dayana biləcəyinə əmin olduqdan sonra yolu keçin.

Unutmayın: təhlükəsizlik yalnız sürücülərdən deyil, həm də piyadaların diqqətindən və məsuliyyətindən asılıdır. Qaydalara əməl etməklə siz həm özünüzü, həm də ətrafınızdakı insanların həyatını qoruyursunuz”, – deyə BDYPİ-nin məlumatında qeyd olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı İqlim Fəaliyyəti Həftəsi üçün qeydiyyat prosesi başlayıb.

Ən son

ОБО ВСЕМ

Как сообщает Baki-baku.az, впервые идея организованного обучения родилась на берегах Нила

ОБО ВСЕМ

Как сообщает Baki-baku.az, впервые идея организованного обучения родилась на берегах Нила
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin