2025-ci ilin altı ayı ərzində ölkədə 48,9 min yeni iş yerləri açılıb.
Baki-baku.az-ın əldə etdiyi məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 92,1 %-i qeyri-dövlət sektorunda açılıb.
Yeni açılmış iş yerlərinin 74,7 %-i Bakı şəhərinin, 1,1 %-i Naxçıvan Muxtar Respublikasının, 24,2 %-i digər regionların, o cümlədən 8,3 %-i Abşeron-Xızı, 2,6 %-i Quba-Xaçmaz, 2,5 %-i Şəki-Zaqatala, 2,3 %-i Gəncə-Daşkəsən, 2,1 %-i Qarabağ, 1,4 %-i Lənkəran-Astara, 1,1 %-i Mərkəzi Aran, 1,1 %-i Şərqi Zəngəzur, 1 %-i Şirvan-Salyan, 0,8 %-i Qazax-Tovuz, 0,5 %-i Dağlıq Şirvan və 0,5 %-i Mil-Muğan iqtisadi rayonlarının payına düşüb.