Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/31/2025

Paylaşın

GÜNDƏM

Avqustun 1-nə olan hava proqnozu açıqlanıb

hava proqnozu, hava

Avqustun 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava durumu əsasən yağmursuz keçəcək. Gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, gecə və səhər duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-39° isti, bəzi yerlərdə 41°-dək isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° isti olacaq.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Xalq artisti Arif Babayevlə vida mərasiminin yeri və saatı məlum olub.