Yeni Zelandiyada 50 ildən sonra nəsli tükənmiş sayılan nadir bir quş növü yenidən tapılıb.
Yeni Zelandiyada yarım əsr ərzində nəsli tükənmiş hesab olunan ən nadir kivi növü – Pukupuku, başqa adı ilə cücə kivi və ya ləkəli cücə kivi, 50 ildən sonra yenidən canlı halda aşkar edilib.
Bu barədə Yeni Zelandiyanın Təbiəti Mühafizə Xidməti məlumat yayıb – xəbəri Baki-baku.az saytı da təqdim edib.
Bu balaca və son dərəcə nadir quşun dişi fərdi Cənub adasının qərb sahillərində təsadüfən ovçu tərəfindən müşahidə olunub.
Kivilər – Yeni Zelandiyanın milli simvoludur və dünyadakı ən kiçik uça bilməyən quşlar sayılır. Onlar zəif görür, daim burnu tutulmuş halda olur və kifayət qədər kəskin qoxuya malikdirlər.
Ovçunun məlumatından sonra çətin keçilən dağlıq əraziyə tədqiqatçı İan Qram (Ian Graham) Brü adlı xüsusi təlim görmüş iti ilə birlikdə göndərilib.
“Elə ilk gecədən kivi səslərini eşitdim və dərhal anladım: bunlar digər növlərə bənzəmir”, – deyə Qram bildirib.
Birkaç gün ərzində dağlıq ərazidə axtarış aparan Qrəm nəhayət ki, dişi kivini taparaq bir neçə lələyini analiz üçün toplayıb.
“Kiwi Recovery Group” təşkilatının rəhbəri Emili Kinqin sözlərinə görə, bu tapıntı demək olar ki, möcüzə hesab oluna bilər, çünki bu növə materikdə sonuncu dəfə 1978-ci ildə rast gəlinmişdi. O vaxtdan bəri aparılan bütün axtarışlar nəticəsiz qalmışdı. Lakin indi mütəxəssislərdə ümid yaranıb — bu növ hələ də xilas edilə bilər.
Hacı Cavadov