Nəşr edilmişdir 07/11/2025

Paylaşın

GÜNDƏM

Azərbaycanda qədim kurqan aşkar edilib

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində aparılan arxeoloji qazıntılar zamanı 3800 illik kurqan aşkarlanıb.
Bu barədə “Baki-baku.az” qoruğun mətbuat xidmətinə istinadla məlumat verir.
Kurqan yerli sakinlər arasında “Yovşanlıdərə” kimi tanınan, Ceyrançöl düzənliyində yerləşən ərazidə tapılıb.
Tədqiqatlar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə əməkdaşlığı ilə həyata keçirilib.
Orta Tunc dövrünə aid, diametri 28 metr, hündürlüyü 2 metr olan bu kurqanda sərkərdənin dəfn olunduğu müəyyən edilib və burada dəyərli artefaktlar aşkarlanıb.
2×6 metr ölçülü və 3 metr dərinliyindəki dəfn kamerası üç hissəyə bölünüb: mərhum və onun təchizatının yerləşdiyi hissə, saxsı qablar üçün yer və boş bir otaq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Gələn həftədən məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) qəbul başlayır

Ən son

GÜNDƏM

Mərkəzi Kitabxanasında “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib

GÜNDƏM

Mərkəzi Kitabxanasında “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib