İran Milli Bankının Bakı filialı bu ilin I yarısını 3,225 milyon manat mənfəətlə başa vurub.
Baki-baku.az filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,2 % azdır.
Yanvar-iyun aylarında İran bankının gəlirləri 3,028 milyon manat (illik müqayisədə 28,5 % çox), xərcləri 931 min manat (11,9 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 1,129 milyon manat (41 % az) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə İran bankının aktivləri 123,768 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,8 % çoxdur. Bunun 1,116 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 2,1 dəfə kiçilib.
Hesabat dövründə İran bankının öhdəlikləri 1,9 % artaraq 71,602 milyon manata, o cümlədən depozit portfeli 1,5 % artaraq 36,168 milyon manata, balans kapitalı isə 17 % artaraq 52,166 milyon manata çatıb.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.