Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/11/2025

Paylaşın

GÜNDƏM

Xəzər rayonunda bərk məişət tullantıları ilə bağlı layihəyə başlanacaq

Bərk məişət tullantıları, Xəzər rayonu, Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti

Azərbaycan Prezidenti İlham Əliyevin kommunal sahədə islahatların genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq 6 ildir ki, Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi hazırda uğurla davam etdirilir. İlk olaraq Nərimanov rayonunda icrasına başlanan layihənin həyata keçirilməsində əldə edilən müsbət nəticələr imkan verdi ki, mərhələli şəkildə paytaxtın daha 8 rayonu – Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı, Binəqədi və Səbail rayonları da bu işlərə qoşulsun.
Baki-baku.az xəbər verir ki, bir neçə gün sonra Bakının Xəzər rayonunda da layihənin icrasına başlanması nəzərdə tutulub. Bununla əlaqədar Xəzər RİH-də Bakı Şəhər və Xəzər Rayon İcra Hakimiyyətlərinin rəhbərliyi, rayonun kommunal və təsərrüfat xidmətlərinin, bələdiyyələrin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.
Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtda 6 il ərzində həyata keçirilən layihə barədə danışaraq bildirib ki, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində son illərdə kommunal xidmətlərin maddi-texniki bazası möhkəmlənib. Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən 164 ədəd yeni avtonəqliyyat vasitələri və mexanizmləri alınaraq xidmətlərin istifadəsinə verilib. Qeyd edilib ki, Prezidentin həyata keçirdiyi siyasət sayəsində əhalinin rifah səviyyəsi artıb və bununla əlaqədar insanlar öz şəhərlərinə daha çox qayğı ilə yanaşırlar. Nəticədə bu gün Bakı şəhərinin təmizliyi göz oxşayır.
Müşavirədə Bakı şəhər Mənzi-Kommunal Təsərrüfatı Departamentinin hesabatı dinlənilib, rayonun və ümumilikdə şəhərin sanitar təmizliyi məsələlərində mühüm rol oynayan bu layihənin Xəzər rayonunda da uğurla tətbiqi, xüsusi olaraq sakinlər arasında maarifləndirmə işlərinə ciddi fikir verilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib, xidmətlərin üzərinə düşən vəzifələr bir daha dəqiqləşdirilib.
Qeyd edilib ki, son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində paytaxtımız Bakı şəhəri çox təmiz və abad şəhərə çevrilib. Yaxın günlərdə sözügedən layihənin icrasına qoşulacaq Xəzər rayonunda aparılacaq maarifləndirmə işlərində digər rayonlarda olduğu kimi “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri də iştirak edəcəklər.

Bərk məişət tullantıları, Xəzər rayonu, Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti
Bərk məişət tullantıları, Xəzər rayonu, Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva sosial şəbəkə səhifəsində Özbəkistanın Buxara şəhərindən paylaşım edib.

Ən son

GÜNDƏM

Bakıda daha 10 ünvanda tibb və sosial xidmət müəssisələrinin qarşısında minib-düşməni həyata keçirmək üçün yer

GÜNDƏM

Bakıda daha 10 ünvanda tibb və sosial xidmət müəssisələrinin qarşısında minib-düşməni həyata keçirmək üçün yer
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin