Nəşr edilmişdir 05/31/2025

Paylaşın

GÜNDƏM

Qaradağda uşaqlar sevindirilib

CDB85B08-7C13-442D-9833-A49FA6D39453

Mayın 31-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirilib.
Baki-baku.az xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, şəhid ailələrinin və qazilərin uşaqları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayırıb, uşaq və yeniyetmələrin sağlam və bilikli böyümələri yönündə bir sıra tədbirlər həyata keçirib, müxtəlif beynəlxalq konvensiyalara qoşulub, müvafiq fərman və sərəncamlar imzalayıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə dövlətimizin başçısı İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olub.
Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva öz çıxışlarında dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan danışıblar. Heydər Əliyev Fondunun bu sahədə nümunə olduğunu vurğulayıblar. Uşaqları qayğızsız, problemsiz və xoşbəxt görmək üçün onlara diqqət və qayğının artırılmasının, vətənpərpər, millətsevər və humanist ruhda tərbiyə olunmasının hər birimizin ən ümdə vəzifəsinə çevrilməli olduğunu qeyd ediblər.
YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev diqqətə çatdırıb ki, bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunub: “Hətta regionlarda ən ucqar kəndlərdə də uşaq bağçaları fəaliyyət göstərir, təhsil və səhiyyə xidmətləri pulsuzdur. Ulu Öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir”, – müdrik kəlamı uşaqlara olan məhəbbətinin təzahüri idi”.
Daha sonra tədbir bayram konserti ilə davam etdirilib. Cizgi filmi personajlarının, klounların şən zarafatları bayram ovqatını daha da artırıb. Rəqslərə qoşulan, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi.
Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olunub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Ən son

GÜNDƏM

Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə iyunun 5-7-də Polşada keçirilən çövkən üzrə Avropa çempionatının final qarşılaşması

GÜNDƏM

Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə iyunun 5-7-də Polşada keçirilən çövkən üzrə Avropa çempionatının final qarşılaşması