Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/18/2025

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

IMG-20250418-WA0218

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.

Baki-baku.az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.

Zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik halları olmamış, etnomədəni müxtəliflik günümüzədək qorunub-saxlanılmışdır. Cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin, mütərəqqi ictimai-əxlaqi dəyərlərin təbliği və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindəndir.

Bu gün milli-mənəvi həmrəyliyin və nümunəvi dözümlülük mühitinin hökm sürdüyü cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri vardır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, xristian etiqadlı vətəndaşlarımız ölkənin ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunur, doğma evimiz Azərbaycanın inkişafına və tərəqqisinə əhəmiyyətli töhfələr verirlər.

Əziz dostlar!

Pasxa bayramı yeniliyi, dirçəlişi, mərhəmət və xeyirxahlıq duyğularını təcəssüm etdirir. Bu nurlu gündə bir daha hər birinizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.

Bayramınız mübarək olsun!”

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Xalq Cümhuriyyəti Cənub-Qərb Qafqaz Cümhuriyyətini tanıdığını elan edərək hökumətə qarşı ediləcək hər hansı bir təyziqi özünə qarşı

Ən son

Mədəniyyət, TARİX

Şuşanın dumanlı, amma bir o qədər də aydın səması altında, Cıdır düzündən əsən həzin külləyin

Mədəniyyət, TARİX

Şuşanın dumanlı, amma bir o qədər də aydın səması altında, Cıdır düzündən əsən həzin külləyin
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin