Nəşr edilmişdir 03/19/2025

Paylaşın

GÜNDƏM

Bakı metropoliteninin bayram günləri üzrə hərəkət qrafiki açıqlanıb

IMG-20250319-WA0084

Bakı metropoliteni Novruz bayramında gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək və bayram günləri üzrə metropolitenin hərəkət qrafikində dəyişiklik olunub.
Bunu Baki-baku.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, martın 20-21-də saat 07:00-dan 21:00-dək “Əhmədli – 28 May” istiqamətində qatarlar 2,5 dəqiqəlik intervalla hərəkət edəcək. Ayın 22-dən 31-dək, Ramazan bayramı günləri də daxil olmaqla həmin sahədə interval 3 dəqiqə təşkil edəcək.
“Xətlərin birləşdiyi “28 May” stansiyasından sonra – “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində qatarların hərəkəti qeyd edilən tarixlər üzrə müəyyən edilmiş intervaldan iki dəfə artıq olacaq.
“Bakmil” istiqaməti və əksinə hərəkət edən sərnişinlər isə metrodan martın 20-21-də şənbə günü, ayın 22-31-də isə bazar günü qrafiki üzrə istifadə edə biləcəklər.
Sərnişin axınının tənzimlənməsi məqsədilə “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar saxlanılacaq və zərurət yaranarsa, xəttə buraxılacaq.
Stansiyalarda növbətçilik cədvəli tərtib olunmaqla əlavə nəzarət mexanizmləri tətbiq ediləcək”, – deyə B. Məmmədov vurğulayıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bunu Baki-baku.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Ən son

GÜNDƏM

Qədim dövrlərdən bu günə kimi qorunub saxlanan bu əziz bayram Bakı şəhərində də geniş keçirilir.

GÜNDƏM

Qədim dövrlərdən bu günə kimi qorunub saxlanan bu əziz bayram Bakı şəhərində də geniş keçirilir.