Nəşr edilmişdir 03/14/2025

Paylaşın

GÜNDƏM

Paytaxtın Abad məhəllələrində Novruz şənlikləri keçirilir

Paytaxtın Abad məhəllələrində Novruz şənlikləri, IDEA, Novruz, Novruz Bayramı, Novruz şənlikləri, BŞİH, Bakı Şəhər İcra Hakimiyyəti

Bakı şəhərində xalqımızın ən əziz, sevimli bayramı olan Novruz geniş və coşqu ilə qeyd edilir. Bu münasibətlə paytaxtın bütün rayonlarında bayram şənlikləri, konsert proqramları təşkil olunur və öz kütləviliyi ilə seçilir.
Bakı Şəhər İcra Hakimiyyətindən Baki-baku.az-a bildirilib ki, Novruz bayramı paytaxtın Nizami və Nəsimi rayonlarında yerləşən, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib.

Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər Novruz Bayramını yüksək sevinc hissi ilə qeyd ediblər. Bayramda müxtəlif mahnılar səsləndirilib, kəndirbazlar öz məharətlərini göstərib, Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər. 
Qeyd edək ki, son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyətlər sakinlərin istifadəsinə verilib. Novruz ərəfəsində Abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram ab-havası yaradılıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu reyslər sərnişinlərə şəhərin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı yaradır.

Ən son

TARİXİMİZ

Tarixlə müasirlik arasında körpü olan, Bakını mərkəzi rayonlarından biri sayılan, adını qədim Yasamal dərəsindən

TARİXİMİZ

Tarixlə müasirlik arasında körpü olan, Bakını mərkəzi rayonlarından biri sayılan, adını qədim Yasamal dərəsindən