Baki-baku.az xəbər verir ki, bu barədə rbc.ru-ya istinadən xəbər verir.
Məlumata görə, qızılın bir unsiyasının birja qiyməti tarixdə ilk dəfə olaraq 3000 dollar həddini keçib. Çikaqo Ticarət Birjasında (CME) aprel füçersləri Bakı vaxtı ilə saat 08:43-ə olan məlumata görə, 0.34% bahalaşaraq bir unsiya üçün 3 001.62 dollar olub.
Kotirovkaların yüksəlməsi ticarət gərginliyinin artması fonunda dünyada təhlükəsiz aktivlərə tələbatın artması ilə əlaqədar olub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın metala gömrük rüsumları tətbiq etməsindən sonra qızılın qiyməti rekord həddə çatıb.