Nəşr edilmişdir 02/26/2025

Paylaşın

GÜNDƏM

Xocalı soyqırımından 33 il ötür

20250226_103521

Bu gün XX sərin ən böyük faciəsi – Xocalı soyqırımından 33 il ötür.
Baki-baku.az xatırladır ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum etməsi ilə baş verib. Hücum zamanı şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri atəşə tutub, qətlə yetiriblər.
Erməni təcavüzkarları Azərbaycan xalqına qarşı törətdiyi bu növbəti kütləvi qırğında 613 nəfər – 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
1994-cü ildə ozamankı Prezident Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 Fevral – Xocalı Soyqırımı Günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli antiterror əməliyyatında Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız, o cümlədən Xocalı rayonu işğaldan azad olunub. Həmin zəfər bizə həm də Xocalı sevincini də yaşatdı. Belə ki, 15 oktyabr 2023-cü ildə Xocalıda da Azərbaycan Bayrağı ucaldıldı.
Hazırda Xocalıda bərpa-quruculuq işləri aparılır. Xocalı günü-gündən çiçəklənir və yenidən inkişaf edir. 2024-cü ilin may ayından etibarən artıq şəhərə sakinlərin qayıtması prosesi başlayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq.

Fotolar Reza Deqatinindir

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Prezident İlham Əliyev rəsmi "Instagram" hesabında Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı videoçarx paylaşıb.

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad

GÜNDƏM

Azərbaycan ərazisində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad