Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/23/2025

Paylaşın

GÜNDƏM

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu, hava, hava proqnozu, qar, buz, şaxta

Azərbaycanda fevralın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gecə və səhər yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə 12-17° şaxta, yüksək dağlıq ərazilərdə 19-24° şaxta, gündüz 5-10° şaxta olacaq. Bəzi rayonlarda yollar buz bağlayacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bu gündən qapılarını oxucularının üzünə açır. Biz istəyirik ki, oxucularımız həm də bizim yazıçılarımız olsun.

Ən son

HƏR ŞEYDƏN

Bakı, zəngin tarixi, müasir memarlığı və unikal mədəniyyəti ilə turistlərin diqqətini cəlb edən şəhərdir.

HƏR ŞEYDƏN

Bakı, zəngin tarixi, müasir memarlığı və unikal mədəniyyəti ilə turistlərin diqqətini cəlb edən şəhərdir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin