Nəşr edilmişdir 02/20/2025

Paylaşın

GÜNDƏM

General Məmmədşərif Həmidov kimdir? – Bakı küçələrinin adlarını daşıyanlar

IMG-20250220-WA0066

Bakı küçələrinin adlarını daşıyan şəxslərdən biri də General Məmmədşərif Həmidovdur. Bəs biz Məmmədşərif Həmidovun kim olduğunu bilirikmi?
Baki-baku.az həmin şəxsiyyətin kimliyini təqdim edir.
Məmmədşərif Həbibulla oğlu Həmidov 1917-ci il fevral ayının 23-də Şəki şəhərində anadan olub. O, 1929-cu ildən Nuxanın (Şəki) İpəksarma müəssisələrində, 1937-1940 illərdə Şəki komsomol və partiya komitələrində işləyib. 1940-cı ildən sovet ordusunda xidmət edib. Böyük Vətən müharibəsində vzvod komandirinin köməkçisi, batalyon qərargahının rəisi, diviziya qərargah əməliyyatının bölmə rəisinin köməkçisi olub. M.Həmidov 1945-ci ildə Ali zabitlər məktəbini bitirib. Hərbi təhsilini başa vurduqdan sonra, o, 1949-1956-cı illərdə Xaçmaz rayon hərbi komissarlığında şöbə rəisi, 1956-1960-cı illərdə Bakı şəhəri Hərbi Komissarı vəzifələrində çalışıb. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1960-1969-cu illərdə Azərbaycanın Hərbi Komissarı olub. Məmmədşərif Həmidov 2-ci dərəcəli “Vətən müharibəsi” ordeni, 2 “Qırmızı Ulduz” ordeni və medallarla təltif edilib.
Hərbi xadim, general-mayor Məmmədşərif Həbibulla oğlu Həmidov 1969-cu ildə vəfat edib, Birinci Fəxri xiyabanda dəfn olunub. Həlak olduğu yerdə – Goranboy-Gəncə avtomobil yolu kənarında xatirə abidəsi qoyulub. Bakı şəhərində adına küçə (keçmiş 4-cü Alatava), gəmi, Şəkidə isə məktəb var.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Artıq bir neçə gündür paytaxta intensiv yağan qarın yenidən başlaması səbəbilə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) və paytaxt

Ən son

GÜNDƏM

Qışın əsl gözəlliyi qarın yağmasındadır. Qar yağarkən şəhər də sanki gözəlləşir.

GÜNDƏM

Qışın əsl gözəlliyi qarın yağmasındadır. Qar yağarkən şəhər də sanki gözəlləşir.