Nəşr edilmişdir 02/05/2025

Paylaşın

ƏSAS XƏBƏRLƏR, TARIXI ŞƏXSİYYƏTLƏR

Mirzəağa Əliyev kimdir? – Bakı küçələrinin adlarını daşıyanlar

Mirzəağa Əliyev

Bakının mərkəzi küçələrindən biri Mirzəağa Əliyevin adını daşıyır. Bəs biz Mirzəağa Əliyevin necə görkəmli bir şəxsiyyət olduğunu bilirikmi?
Baki-baku.az həmin şəxsiyyətin kimliyini təqdim edir:
Mirzəağa Əli oğlu Azərbaycan teatr və kino aktyoru, SSRİ xalq artisti, 2 dəfə “Stalin” mükafatı laureatı olub. O, 1883-cü ildə Bakıda dünyaya gəlib. İlk təhsilini mollaxanada, daha sonra Bakıda rus-müsəlman məktəbində təhsil alıb.
O, ilk dəfə səhnəyə 1901-ci ildə Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin” pyesinin tamaşaya qoyulması zamanı Şahmar bəy rolunda çıxıb. Azərbaycan teatr xadimlərindən Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir göstərib. 1906-1907-ci illərdə “Həmiyyət” teatr truppasının rəhbəri və aktyoru olub. 1907-1912-ci illərdə “Nicat” cəmiyyətinin teatr truppasında çıxış edib. 1912-ci ildə mütərəqqi ictimai fəaliyyətinə görə Həştərxana sürgün edilib. 1912-1916-cı illərdə Volqaboyu şəhərlərində, Tbilisidə, İrəvanda, İran və Türkiyənin bir sıra şəhərlərində tamaşalar verib. 1916-cı ildə Bakıda tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin “Ölülər” komediyasındakı İsgəndər rolu onun yaratdığı klassik obrazlar silsiləsinə daxildir.
Azərbaycan sovet ittifaqına daxil olandan sonra M.Əliyev Bakı Azad Tənqid Təbliğ Teatrının təşkilatçısı olub. 1924-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında çalışıb, Azərbaycan səhnə realizmi ənənələrini davam etdirib.
M. Əliyev kino aktyoru kimi də məşhur olmuş, “Bismillah”, “Hacı Qara”, “Məhəbbət oyunu”, “Almaz”, “Bakının işıqları” və s. filmlərdə çəkilmişdir.
Mirzəağa Əliyev 24 oktyabr 1954-cü ildə vəfat edib.
Qeyd edək ki, Mirzəağa Əliyev küçəsi daha əvvəl Çadrovaya və Azəri küçəsi adını daşıyıb.

Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. President.az xəbər verir ki,

Ən son

ƏSAS XƏBƏRLƏR, TARIXI ŞƏXSİYYƏTLƏR

Bakının mərkəzi küçələrindən biri Mirzəağa Əliyevin adını daşıyır. Bəs biz Mirzəağa Əliyevin necə görkəmli bir

ƏSAS XƏBƏRLƏR, TARIXI ŞƏXSİYYƏTLƏR

Bakının mərkəzi küçələrindən biri Mirzəağa Əliyevin adını daşıyır. Bəs biz Mirzəağa Əliyevin necə görkəmli bir