Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/01/2025

Paylaşın

GÜNDƏM

Yol polisindən sürücülərə hava şəraiti ilə bağlı xəbərdarlıq

hava şəraiti ilə bağlı xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Bu barədə Baki-baku.az-a BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, hazırda bölgələrlə yanaşı, Bakıda və ətraf ərazilərdə dumanlı hava müşahidə olunur. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi duman səbəbindən yollarda görünüş məsafəsi məhdudlaşıb:
“Qatı duman digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin görünməsinə maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin sazlığından əmin olmaq, dayanma, durma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur”.
“Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdırlar”, – deyə xəbərdarlıqda qeyd olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Azərbaycan bəstəkarlıq məktəbinin parlaq nümayəndələrindən olan Elza İbrahimova 10 yanvar 1938-ci ildə Hacıqabul (o vaxtkı

TARIXI ŞƏXSİYYƏTLƏR

Azərbaycan bəstəkarlıq məktəbinin parlaq nümayəndələrindən olan Elza İbrahimova 10 yanvar 1938-ci ildə Hacıqabul (o vaxtkı
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin