Nəşr edilmişdir 01/28/2025

Paylaşın

GÜNDƏM

Tıxaca görə yeni yollar çəkiləcək – Siyahı

esasasa

“Gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən 300 min avtomobillə şəhərin mərkəzinə doğru hərəkət edirlər. İstiqamətləri də bəlli oldu. Xüsusən də Sumqayıt-Xırdalan istiqaməti burada böyük paya malikdir. Digər istiqamətlər isə Bakı şəhərinin ətrafıdır”.
Baki-baku.azQafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə AYNA-nın sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevə məruzəsində bildirib.
AYNA sədri əlavə edib ki, vahid, əlaqələndirilmiş, inteqrasiya edilmiş nəqliyyat planı hazırlanıb və onun iki əsas istiqamət var:
“Birinci istiqamət yol-infrastruktur layihələrinin həyata keçirilməsidir. 50 yol-infrastruktur layihəsi var idi. Bunlar rəqəmsal əkizdə simulyasiya edildi və ən optimal, ən səmərəli 9 layihə prioritet siyahısına alınaraq, diqqətinizə məruzə edilib. Bu layihələr üç dairəvi yola aiddir: Bilgəh-Novxanı-Xırdalan-Şamaxı avtomobil yolu, Sabunçu-Sulutəpə avtomobil yolu və birinci dairəvi yolu Ziya Bünyadov prospektinə birləşdirən dairəvi yoldur. Dairəvi yolların inşası nəticəsində şəhər mərkəzinin əsas arteriyalarının axınlarının bir hissəsi bu yollara keçid edəcək ki, şəhərin mərkəzində boşalma baş versin. Altı digər layihə də şəhər daxilində olan dar boğazların həll olunmasına yönəlmişdir ki, burada nəqliyyat vasitələrinin hərəkəti müəyyən qədər rəvanlaşsın”.
Anar Rzayev Prezident İlham Əliyevə 20 Yanvar layihəsi haqqında da əlavə məlumatı təqdim edib:
“Bu, kifayət qədər kompleks mürəkkəb bir problem olduğuna görə Xırdalan dairəsindən başlayaraq Tbilisi prospektinə, 20 Yanvardan başlayaraq Ziya Bünyadov prospektinə birləşənə qədər 15 yol kəsişməsində çəkilişlərlə, dataların götürülməsi ilə təhlillər aparılmışdır. Nəticədə böyük bir simulyasiya hazırlanmışdır. Bu simulyasiyanın daxilində həm Xırdalan dairəsində təkmilləşmə işlərinin aparılması, yol qovşaqlarının, yol ötürücülərinin tikilməsi, Ziya Bünyadov prospekti istiqamətində yolların genişləndirilməsi, eləcə də Şamaxı yolundan Xırdalan şəhərinə yeni yolların açılaraq oradan daxil olmasına imkanların yaradılması nəzərdə tutulmuşdur. Bu istiqamətdə layihələndirmə işlərinə qısa müddətdə başlanılacaqdır”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan TÜRKSOY-un təşkilatçılığı ilə dünyada ilk dəfə həyata keçiriləcək bir layihəyə start verib.

Ən son

GÜNDƏM

Son illər dünyada gənclər arasında təhsilə və çalışmağa maraq azalır. Bu gənclər həyatlarını valideynlərinin maliyyə

GÜNDƏM

Bakı şəhərində kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı layihələr hazırlanıb və müvafiq qurumlara təqdim olunub.Baki-baku.az

GÜNDƏM

2025-ci ildə “Bitcoin” (BTC) 100,000 dollar səviyyəsində sabitləşdi, bu isə əvvəllər inanılmaz görünürdü. Lakin bu