Nəşr edilmişdir 01/24/2025

Paylaşın

GÜNDƏM

Bakıda BMT Turizmin Avropa üzrə Regional Komissiyasının iclası keçiriləcək

IMG-20250124-WA0047

BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasının iyunun 4-6-da Bakıda keçirilməsi ilə bağlı müqavilə imzalanıb.
Baki-baku.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Bildirilib ki, müqavilə İspaniyanın Madrid şəhərində keçirilən “FITUR” beynəlxalq turizm sərgisi çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və BMT Turizmin Baş katibi Zurab Pololikaşvili arasında Təşkilatın Madriddəki Baş qərargahında keçirilən görüş zamanı təsdiqlənib.
Görüşdə Azərbaycanın 2025-2029-cu illər üzrə BMT Turizmin İcraiyyə Şurasına üzvlüyə namizədliyi irəli sürülüb, COP29 çərçivəsində “Turizm günü” ilə bağlı ölkəmizin qoşulduğu Qlazqo Bəyannaməsi üzrə birgə fəaliyyət planları müzakirə edilib. Eyni zamanda, turizm təhsili sahəsində BMT Turizmi ilə əməkdaşlığın genişləndirilməsi və “Ən yaxşı turizm kəndi” nominasiyası üzrə Azərbaycanın müraciəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Fuad Nağıyev, İspaniyanın sənaye və turizm naziri Jordi Hereu ilə görüşüb. Görüşdə F. Nağıyev, Azərbaycan turizminin Avropa bazarında təbliği məqsədilə İspaniyada keçirilən “FITUR” və “IBTM World” sərgilərində ölkəmizin milli stendlərlə təmsil olunmasından danışıb və Jordi Hereunu 2025-ci ildə Bakıda keçiriləcək BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasına dəvət edib. J. Hereu iki ölkə arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin, qarşılıqlı turist səfərlərinin artırılmasının vacibliyini vurğulayıb.
“FITUR” sərgisi çərçivəsində Azərbaycan pavilyonunda Fuad Nağıyev Braziliyanın turizm naziri Selso Sabino, Andorranın turizm və kommersiya naziri Jordi Torres Falko, həmçinin Özbəkistan Turizm Komitəsinin sədri Umid Şadıyev ilə görüşlər keçirib. Görüşlərdə müvafiq ölkələrlə mövcud turizm əlaqələri və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarları Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyi 29 yanvarda iş günü qrafiki

Ən son

ƏSAS XƏBƏRLƏR, GÜNDƏM

Bakı şəhərinin küçə və prospektlərinin işıqlandırılması təkcə estetik deyil, həm də təhlükəsizliyin təmin edilməsi və

TARIXI ŞƏXSİYYƏTLƏR

Adı milli dövlətçilik və milli-mənəvi dəyərlər tariximizə milli teatrın, milli mətbuatın qurucusu, Cəmiyyəti-Xeyriyyənin Qız Məktəbinin

GÜNDƏM

Gələcəkdə Bakıda planlı şəkildə 1000-ə yaxın küçənin işıqlandırılması təmin ediləcək.Bunu Baki-baku.az-a açıqlamasında “Bakı Şəhər İşığı”