Nəşr edilmişdir 12/23/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR, SİYASƏT

Prezident İlham Əliyev Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Baki-baku.az xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli Forum iştirakçıları!
Sizi – “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçirilən Forumun iştirakçılarını salamlayıram.
Ayrı-ayrı dini etiqad və inanclara mənsub icmaların əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni münasibətlər sistemi formalaşmışdır. Yüz illərlə nümunəvi tolerantlıq ənənələrinin mövcud olduğu ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Təsadüfi deyil ki, dünya dini liderlərinin mötəbər beynəlxalq tədbirlərinə uğurla ev sahibliyi edən Azərbaycan bu gün mədəniyyətlərarası əməkdaşlıq və dialoq məkanına çevrilmişdir.
Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, zəngin multikulturalizm dəyərlərinin təbliği və təşviqi dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir. Ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara uyğun həyata keçirilir. Biz bu təcrübəni ictimai-siyasi sabitliyin və həmrəyliyin vacib amili kimi qiymətləndiririk.
Hazırda dünyada cərəyan edən mürəkkəb proseslər, dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsi, ksenofobiya, ekstremizm, məzhəbçilik kimi mənfi təzahürlər beynəlxalq sülhə və əmin-amanlığa ciddi təhdidlər yaratmaqdadır. Belə təhlükəli amillərin vaxtında qarşısının alınması üçün dinin cəmiyyət həyatında yerinin və rolunun düzgün qiymətləndirilməsi, mənəvi-əxlaqi tərbiyə işinin təkmilləşdirilməsi, dini təhsil və maarifləndirmə istiqamətində fəaliyyətin gücləndirilməsi günümüzün zəruri məsələlərindəndir. Bu sahədə din xadimlərinin üzərinə böyük vəzifələr düşür.
Azərbaycanda müxtəlif konfessiyaları təmsil edən din adamlarının, ilahiyyatçıların, alim və mütəxəssislərin aktual problemlərin müzakirəsi ilə bağlı bir araya gəlməsini təqdirəlayiq hesab edirəm. Əminəm ki, toplantınız konstruktiv müzakirələr şəraitində keçəcək, ölkəmizdə dini maarifləndirmənin müasir tələblərə uyğun təşkilinə və mənəvi-əxlaqi dəyərlərin təbliğinə layiqli töhfə verəcəkdir.
Bir daha sizə ən xoş diləklərimi yetirir, Forumun işinə uğurlar arzulayıram”.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakıda “Keşlə bazarı”nda söküntü işlərinə başlanılması gələn il fevralın 1-nə qədər təxirə salınıb.Baki-Baku.az bu barədə Azərbaycan Avtomobil Yolları

Ən son

İQTİSADİYYAT

Prezident İlham Əliyev Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Sərəncam imzalayıb.Bununla bağlı

ƏSAS XƏBƏRLƏR

Cari ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi”

GÜNDƏM, SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Artıq xeyli müddətdir ki, Bakıda küçələrin, parkların, yolların təmizlənməsi istiqamətində işlər görülür, mütəmadi olaraq iməcliklər