Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/24/2026

Paylaşın

GÜNDƏM

24 saatlıq xidmət, hazır vəziyyətə gətirilən texnikalar – Qarlı havaya qarşı Bakı planı

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində son illər Bakıda şəhər təsərrüfatının maddi-texniki bazasının gücləndirilib, yeni texnikalar alınıb və bu da qarlı və şaxtalı havada vətəndaşların təhlükəsizliyini təmin etməyə, nəqliyyat axınının maneəsiz hərəkətini təmin etməyə şərait yaradır.
Qarşıdan gələn qış mövsümünə hazırlıq olaraq qurumlararası koordinasiyanın artırılması və kommunal xidmətlərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu imkanlar qış mövsümündə, xüsusilə qar və şaxtalı hava şəraitində şəhər təsərrüfatının daha çevik və əlaqəli fəaliyyət göstərməsinə şərait yaradır.
Qış mövsümünə hazırlıq çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətində bir sıra müşavirələr keçirilib. Bunun ardınca paytaxtın hər bir rayonu üzrə ayrıca müzakirələr təşkil olunub, mövcud vəziyyət qiymətləndirilib və qarlı hava şəraitində görüləcək işlərin təşkili ilə bağlı hazırlıq səviyyəsi nəzərdən keçirilib. Eyni zamanda, rayonlar üzrə məsul şəxslər müəyyənləşdirilib.
Beləliklə Bakı bu qış mövsümünə də hazırlıq işlərini əvvəlcədən planlaşdırıb.
Baki-baku.az paytaxtda qışa hazırlıq vəziyyəti ilə yerində tanış olmaq məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsində olub.
İdarənin balansında olan bütün qış texnikaları saz vəziyyətə gətirilib və ayrı-ayrılıqda sınaqdan keçirilib. Hazırda yolların qar və buzdan təmizlənməsi, texniki duzun səpilməsi, eləcə də qarın ərazilərdən daşınması üçün 60-dan çox maşın və mexanizm mövcuddur.
Artıq texnikaların rayonlar üzrə bölgüsü də həyata keçirilib. Burada texnikalar mərhələli şəkildə işləyir. Belə ki, ilk növbədə enişli-yoxuşlu yollara duz səpilir və bu da qəzaların baş verməsinin qarşısını almaqda mühüm rol oyanır. Daha sonra digər yolların duzlanması həyata keçirilir.
Qış mövsümündə idarənin fəaliyyəti 24 saatlıq növbəli iş rejimi əsasında təşkil olunur. İşçilər və texniki heyət isti geyim və qida ilə təmin edilir. Bundan əlavə, paytaxtın 12 rayonunda təhkim olunmuş işçi qrupları yaradılıb. Həmin qruplar Bakı Şəhər İcra Hakimiyyətində gecə-gündüz fəaliyyət göstərən qərargahla mütəmadi əlaqə saxlayaraq mövcud vəziyyət barədə məlumat verirlər.
Qarlı hava şəraitində əsas prioritetlərdən biri nəqliyyatın və piyadaların hərəkətində ciddi fasilələrin yaranmasının qarşısını almaqdır. Bu məqsədlə yolların təmizlənməsi işləri, əsasən, səhər saatlarına qədər yekunlaşdırılır ki, sakinlər işə gedərkən magistral və digər əsas küçələrdə qar və buz problemi ilə üzləşməsinlər.
Qar yağışının və şaxtanın davam etdiyi günlərdə isə əvvəlcədən müəyyənləşdirilmiş ərazilərdə təkrar duzlama və təmizləmə işləri aparılır. Proses hava şəraitindən və yol vəziyyətindən asılı olaraq gün ərzində, 24 saat fasiləsiz davam etdirilir. Bununla yanaşı, hazırda 2500 ton texniki duz ehtiyatı da yaradılıb.
Ötən illərin təcrübəsi göstərir ki, Bakıda qarın daha intensiv yağdığı ərazilər sırasında Yasamal rayonu və Suraxanı rayonunun Günəşli qəsəbəsi xüsusi yer tutur.
Yollara texniki duzun səpilməsi qarın intensivliyindən və hava şəraitindən asılı olaraq həyata keçirilir. Qar yağmağa başlayan kimi müvafiq texnikalar işə cəlb olunur. Bununla belə, duzun səpilməsi qarın dərhal əriməsi anlamına gəlmir. Onun təsir göstərməsi üçün nəqliyyat vasitələrinin hərəkəti vacibdir. Avtomobillər qar örtüyünün üzərindən keçdikcə duz qarla qarışır, onun strukturunun parçalanmasına və ərimə prosesinin sürətlənməsinə şərait yaradır. Güclü qar yağacağı proqnozlaşdırıldıqda isə texnikalar vasitəsilə qarın ərazilərdən kənarlaşdırılması da həyata keçirilir.
Beləliklə, Bakıda qış mövsümünə hazırlıq yalnız texnikaların səfərbər edilməsi ilə məhdudlaşmır. Rayonlar üzrə işçi qruplarının yaradılması, 24 saatlıq fəaliyyət rejimi, texniki duz ehtiyatının formalaşdırılması və qarın daha intensiv yağdığı ərazilərin əvvəlcədən müəyyənləşdirilməsi vahid hazırlıq sisteminin əsas elementləridir.
Bütün bu tədbirlərin başlıca məqsədi qarlı və şaxtalı günlərdə paytaxtın gündəlik həyat ritmini qorumaq, nəqliyyatın hərəkətini mümkün qədər fasiləsiz təmin etmək və sakinlərin təhlükəsizliyini təmin etməkdir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxuda qaçmaq, uçmaq, yıxılmaq, hətta qorxudan qışqırmaq…

Ən son

HƏR ŞEYDƏN

Həkim çağırmaq üçün kimə müraciət olunur, tibbi yardım xəstənin ünvanına necə çatdırılırdı?

HƏR ŞEYDƏN

Həkim çağırmaq üçün kimə müraciət olunur, tibbi yardım xəstənin ünvanına necə çatdırılırdı?
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin