Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/26/2025

Paylaşın

GÜNDƏM

2050-ci ilədək Yer səthi sənayeləşmədən əvvəlki dövrdən üç dərəcə isti olacaq

İsti, Sənaye

Alimlər Yer kürəsinin sürətlə isinməsi nəticəsində 2050-ci ilədək planetimizin səthinin sənayeləşmədən əvvəlki dövrdən təxminən üç dərəcə daha isti ola biləcəyini proqnozlaşdırırlar. Bu, xüsusilə şəhərlərdə yaşayan insanların həyatına daha ciddi təhlükə yaradır.

Baki-baku.az “Spiegel” qəzetinə istinadla xəbər verir ki, Hamburqda keçirilən Ekstremal Hava Konqresində meteoroloqlar və iqlim tədqiqatçıları iqlim böhranının nəticələrini təqdim edərək dərhal tədbir görülməsinin vacibliyini vurğulayıblar.

Alman Meteorologiya Cəmiyyətinin sədri Frank Bötxer bildirib: “Qlobal istiləşmənin sürəti o qədər yüksəkdir ki, iqlim qrafikindən çıxmaq təhlükəsi ilə üz-üzəyik”. Almaniyanın və digər bir çox ölkələrin atmosferə hələ də xeyli miqdarda karbon tullantıları buraxdığını qeyd edən alim deyib: “2050-ci ilədək planetin sənayeləşmədən əvvəlki dövrdən üç dərəcə isti olacağı realdır və buna uyğun düşünmək və planlaşdırma aparmaq lazımdır. Biz dərhal addımlar atmalıyıq”.

Ekstremal Hava Konqresi Almaniyada iqlim dəyişikliyi kontekstində ekstremal hava ilə bağlı nüfuzlu tədbir sayılır. Konqresdə 1989-cu ildən indiyədək Şimal qütbündə buzlaqların kəskin azaldığı qeyd olunub. Həmçinin ekstremal hava hadisələrinin insan psixologiyasına, enerji təchizatına və digər sosial-iqtisadi sahələrə təsiri müzakirə edilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycana rəsmi səfəri çərçivəsində İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Şəhidlər xiyabanını ziyarət edib.

Ən son

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Yüksək qida dəyəri ilə təzyiqi tarazlayan xurma, tərkibində xolesterin olmadığı üçün ürək dostu qidalardandır.

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Yüksək qida dəyəri ilə təzyiqi tarazlayan xurma, tərkibində xolesterin olmadığı üçün ürək dostu qidalardandır.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin