Nəşr edilmişdir 11/01/2024

Paylaşın

GÜNDƏM

2025-ci ildə səyahət üçün dünyanın ən yaxşı yerləri açıqlanıb

2025

Qvatemaladakı Antiqua və ABŞ-nin Florida ştatındakı Okala 2025-ci ildə səyahət üçün dünyanın ən yaxşı yerləri seçilib.
Baki-Baku.az-ın məlumatına görə, müvafiq siyahını “National Geographic”in mütəxəssisləri tərtib ediblər.
“Antiqua şəhərindən Fueqo vulkanına gəzintiyə çıxmaq, Okalada isə lamantin və ayılarla eyni adlı milli parkda gəzmək olar. Siyahıda növbəti yerdə Tailandın paytaxtı Banqkok gəlir. Mütəxəssislər onu bərpa edilmiş qədim məbədləri araşdırmaq üçün tövsiyə edirlər. İndoneziyanın Raca Ampat adalarında sualtı dünyanın həyatı ilə də tanış ola bilərsiniz”, – deyə materialda qeyd olunub.
Bundan başqa, siyahıya, həmçinin Quadalaxara (Meksika), İtaliyadakı orta əsr monastırları, Los-Anceles (ABŞ), Qrenlandiya (Danimarka), Kanadzava (Yaponiya), Malayziya, Braşov (Rumıniya), Serrado (Braziliya), Nortlend (Yeni Zelandiya), Seneqal, Hayda Quay (Kanada), Barbados, Suru vadisi (Hindistan), Boyse (ABŞ), Əbu-Dabi (BƏƏ), Mürrey çayı (Avstraliya), Kvazulu-Natal (Cənubi Afrika), Stokholm arxipelaqı (İsveç), Kork (İrlandiya), Xarici Hebrid adaları (Şotlandiya), Tunis, Sarayevo (Bosniya və Herseqovina) da daxildir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Poçt markası müasir bir insan üçün çox adi bir şeydir. Bəs poçt markalarının nə vaxt və nə üçün

Ən son

GÜNDƏM

Çoxlarımız istirahət günlərini, bayram tətillərini açıq havada, təbiətlə daha yaxın, ekoloji cəhətdən sağlamlığa töhfə verəcək

GÜNDƏM

Çoxlarımız istirahət günlərini, bayram tətillərini açıq havada, təbiətlə daha yaxın, ekoloji cəhətdən sağlamlığa töhfə verəcək