20 Yanvar təkcə matəm, ümummilli hüzn günü deyil, eyni zamanda imperiyanın riyakar və qəddar siyasətinə qarşı haqq səsini ucaldan Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Azad doğulmuş və azad yaşamağa layiq olan xalqımızın azadlıq istəyinə bu dəfə də imperiya cəlladları misli görünməmiş vəhşiliklə cavab verdilər.
1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqı üçün yalnız ağır bir faciə deyil, həm də tariximizin ən şərəfli səhifələrindən biri, milli azadlıq hərəkatının yüksəliş zirvəsidir. Məhz 20 Yanvar günü biz özümüzü bir millət kimi daha dərindən dərk etdik, milli kimliyimizi və azadlıq iradəmizi dünyaya bəyan etdik. Həmin gecə Bakı qana boyandı, səhər şəhid oğul və qızlarımızın qanı ilə açıldı.
Keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda apardığı mübarizəni zor gücünə susdurmaq cəhdi nəticəsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda görünməmiş vəhşiliklər törədildi. Günahsız insanlar – qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirildi, yüzlərlə insan müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Bu qanlı cinayət bəşər tarixində totalitar rejimin xalqiradəsinə qarşı törətdiyi ən ağır cinayətlərdən biri kimiyadda qaldı.
Lakin imperiyanın zülmü Azərbaycan xalqınıniradəsini qıra bilmədi. Öz ölkəsinin, xalqınınazadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutanmərd Vətən övladları canlarından keçərək şəhidlikzirvəsinə ucaldılar. Onların müqəddəs qanı ilə yazılanbu tarix xalqımızın azadlıq yolunu işıqlandırdı.
Şəhidlər azadlığın, müstəqilliyin və milli qürurunəbədi rəmzinə çevrildilər
Məhz 20 Yanvar şəhidlərinin qəhrəmanlığı sayəsində xalqımız müstəqillik arzusuna bir addım da yaxınlaşdı və az sonra əsrlər boyu həsrətində olduğu dövlət müstəqilliyinə qovuşdu. Bu gün suveren və müstəqil Azərbaycan dövləti məhz həmin müqəddəs qurbanların qanı bahasına əldə edildi. 20 Yanvar şəhidləri azadlığımızın, müstəqilliyimizin və milli qürurumuzun əbədi rəmzinə çevrildilər. 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olundu. Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi. 20 Yanvar faciəsi nəinki Azərbaycanı, dünyanı lərzəyə gətirsə də, yerli hakimiyyət orqanları baş verənlərinüzərindən sükutla keçməyə üstünlük verir, xalqın millifaciəsinə laqeyd münasibətlərini ortaya qoyaraqKremlin qəzəbinə tuş gəlmək istəmirdilər. O ağır və faciəli günlərdə 20 Yanvar hadisələri ilə bağlı Moskvada vətəndaş qeyrəti və həqiqivətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə, məhzHeydər Əliyev xalqımızın haqq səsini dünyayaçatdırdı. Ulu Öndər Heydər Əliyev faciədən sonra, 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi və Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyinicəsarətlə bütün dünyaya bəyan edən Heydər Əliyev oldu. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi xalqın taleyi üçün tarixi məsuliyyəti daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli liderin ətrafında birləşdirdi. Baş verən hadisələri hüquqa, demokratiyaya, dövlət quruculuğu prinsiplərinə zidd hesab edən Ulu Öndər yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə siyasi qiymət verilməsinitələb etdi. 1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhliletmək, günahkarları üzə çıxarmaq və dövlətsəviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı faktiki olaraq heç bir tədbir görülmədi. 1990-cı il yanvarın 22-də çağırılan Azərbaycan AliSovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoyduvə sonrakı sessiyalarda bu məsələnin müzakirəsinidavam etdirmədi. Ali Sovetin yanvar hadisələrinitədqiq etməli olan komissiyasının da işi başaçatdırılmamış qaldı. Hadisə siyasi qiymətini ancaq Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra aldı.
Təssüf ki, bu qanlı faciənin rəhbəri MixailQorbaçov törətdiyi cinayətlərə görə cəzalandırılmadı
20 Yanvar dəhşətlərindən sonra da Azərbaycan xalqına qarşı kütləvi qırğınlar dayanmadı. 1990-cı il yanvar hadisələrindən cəmi iki ay sonra – martın 24-də Azərbaycanın Ermənistanla sərhədyanı ərazidə yerləşən Qazax rayonunun Bağanis Ayrım kəndində dinc əhali ermənilər tərəfindən kütləvi qırğına məruz qaldı. Dağlıq Qarabağda azərbaycanlılar yaşayanİmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayışməntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadanhazırlanmış plan əsasında xüsusi amansızlıqla qətləyetirildi. Xocalı soyqırımından bir neçə gün əvvəl – 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlıkəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğınaməruz qaldı. 1992-ci ilin aprelində KəlbəcərinAğdaban, avqustunda Goranboyun Ballıqaya, 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndlərində dədavam etdi. Xocalı soyqırımı isə 613 nəfərin qətlə yetirilməsi ilə Ermənistanın Azərbaycana qarşıişğalçılıq siyasətinin gedişində dinc azərbaycanlıəhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin əndəhşətlisidir. Ermənilər bütün bunları 1980-ci illərinsonunda Qərbi Azərbaycanda sovet hərbçiləri iləbirlikdə həyata keçirmişdilər. Orada etdikləri cinayətəməllərinə görə cəzasız qalan ermənilər oxşarvəhşilikləri Qarabağda törətdilər. Sovet rəhbərliyi isəemənilərin cinayətlərinə haqq qazandırırmışcasınaonları müdafiə etmək adı altında Bakıya və başqabölgələrə hərbçiləri yerləşdirib. Sovet rəhbərliyibununla da azərbaycanlıların tarixi torpaqları olanQərb Azərbaycandan deportasiyasını, Qarabağın birhissəsinin Ermənistana birləşdirilməsini Azərbaycancəmiyyətinə qəbul etdirmək istəyirdi. Ancaq sovetrəhbərliyi məkrli siyasəti və iddianı gizlədə bilmədi.Təəssüflər olsun ki, bu qanlı faciələrin başçısı MixailQorbaçov Azərbaycan xalqına qarşı QərbiAzərbaycanda, Qarabağda, 20 Yanvarda törətdiyicinayətlərə görə cəzalanmadan öldü. Azərbaycandakıcinayətləri nəzərə alınmadan onu Nobel SülhMükafatına da layiq gördülər… Halbuki 1945-46-cı illərdə faşistlərin mühakimə edildiyi “Nürnberqməhkəməsi”nin həmin faciələri törədənlərə dəqurulacağı gün gözlənilir. Bu həm də tarixdə bənzərhadisələrin təkrarlanmaması üçün vacibdir. ÇünkiAzərbaycanın, o cümlədən Qərbi Azərbaycanın başınagələn faciələr sonradan Gürcüstan, Moldova, Ukrayna, Suriya, İraq kimi digər yerlərdə də təkrarlandı.
Ulu Öndərin Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlişi şəhidlərin əziz xatirəsinə hörmət, həm də törədilən cinayətə etiraz idi
Azərbaycan xalqı Moskvanın törətdiyi cinayətlərətarixi qiyməti yanvarın 22-də şəhidlərin dəfni mərasimində verdi. 2 milyona yaxın insan sovethərbçilərinin Bakı küçələrində olmasına, şəhərdəfövqəladə vəziyyət rejiminin tətbiq edilməsinəbaxmayaraq, meydana axışdı. Bu həm şəhidlərin əzizxatirəsinə hörmət, həm də sovetin əməllərinə etiraz idi.1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan UluÖndər Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verənsənəd qəbul edildi. Naxçıvan Ali Məclisində qəbuledilmiş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymətverən, eyni zamanda, Azərbaycan xalqının ümumirəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyevqətiyyətinin təzahürü kimi tarixə düşdü. Heydər Əliyevhələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarını müdafiə etməkdən qorxmadığını sübut etdi. Sənəddə respublikasəviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqiqiymətin verilməsi respublika rəhbərliyindən tələbedildi. Ölkəmiz müstəqillik qazandıqdan sonra da1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarəttapmadı. Azadlıq və mübarizə yolu Yanvarhadisələrindən keçən xalqımızın faciəsinə ilk üç ilmüddətində siyasi-hüquqi qiymətin verilməməsi,əslində Azərbaycanın o dövrdə hakimiyyətdə olaniqtidarlarının öz xalqına xəyanəti kimi qəbul edilir. Yalnız Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra hadisətə siyasi qiymət verildi. 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyətiməhz Ulu Öndərin təşəbbüsü və bilavasitə iştirakı ilə açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyimüşavirədə Heydər Əliyev bu barədə deyirdi: “…Xalqatəcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxınillərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsulşəxslər öz mənafeləri naminə bu böyük faciənin əslmahiyyətini xalqa bəyan etməmişlər”.
Faciəyə yalnız bir neçə il sonra Ulu Öndərintəşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi
Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gucləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Hər il yanvarın 20-də Şəhidlər Xiyabanına gələrək azadlıq mücahidlərini ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər Xiyabınında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa edilib. Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla isə “20 Yanvar Şəhidi” fəxri adı təsis olunub.
Ulu Öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda həm də, Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu.Prezident İlham Əliyevin “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” sərəncamında bu barədə deyilir: “Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi”.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər Xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparıldı
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızınxatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı ilə şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan var. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə şəhid olan Vətən övladlarının dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Məhz, Prezident İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər Xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb.
Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlıqırğından 36 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni heç vaxt unutmur. Həmin faciənin ağrısıbu gün də qəlbimizdə yaşayır, xalqımız bu vəhşiliyitörədənlərə qarşı dərin nifrətini və qəti mövqeyini açıqşəkildə ifadə edir. Azərbaycan xalqı öz qəhrəmanövladlarının fədakarlığını yüksək qiymətləndirərək həril 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Bu münasibətlə hər il dövlət səviyyəsində geniştədbirlər planı hazırlanır, respublikanın bütün şəhər vərayonlarında anım mərasimləri keçirilir. Qanlı Yanvarfaciəsində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı və həyat şəraitinin yaxşılaşdırılmasıdaim Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin diqqət mərkəzindədir. Şəhid ailələrininsosial təminatının daha da gücləndirilməsi məqsədiləmütəmadi olaraq fərman və sərəncamlar imzalanmış, bu istiqamətdə sistemli və ardıcıl tədbirlər həyatakeçirilir.
Vətən müharibəsində əldə edilən Tarixi Zəfərlə həmdə 20 Yanvar şəhidlərinin nigaran ruhları hüzuraqovuşdu
30 il ərzində Azərbaycan xalqı öz torpaqlarının işğalıilə barışmadı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətənmüharibəsində əldə edilmiş Tarixi Zəfər ilə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı. 2020-ci il sentyabrın 27-də Azərbaycan torpaqlarınınişğaldan azad edilməsi istiqamətində əks-həmləəməliyyatı başladı. 44 günlük müharibə noyabrın 8-də zəfərlə yekunlaşdı. Bu, son 100 ildən artıq dövrdəAzərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədəşəhid olanların, erməni vəhşiliyi qurbanlarının nahaqtökülən qanın alınması, qisasının qiyamətə qalmamasıidi.
Qarabağın işğaldan azad edilməsi həm də QərbiAzərbaycana qayıdışa, repatriasiyaya yol açır. Zəfərsoydaşlarımızın tarixi torpaqlarına qayıdacaqlarınaümidi artırır. 20 Yanvar hadisələrindəki milli müqavimətin, Vətən müharibəsində əldə edilən Zəfərintariximizdəki yerini və rolunu müəyyən edir.
Şərəf Cəlilli