Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/05/2025

Paylaşın

GÜNDƏM

“1984” səhnədə təqdim olunacaq

1984

Azərbaycan teatr məkanında yeni beynəlxalq layihə baş tutacaq. Tanınmış prodüser Ziya Ağa uğurla təqdim etdiyi “Ovod” tamaşasından sonra ikinci böyük teatr layihəsinə start verib. Bu dəfə məşhur ingilis yazıçısı Corc Oruellin bütün dövrlərin ən təsirli və cəsarətli romanlarından biri sayılan “1984” əsəri səhnələşdiriləcək.

Baki-baku.az xəbər verir ki, layihənin əsas özəlliklərindən biri onun beynəlxalq formatda hazırlanmasıdır. Bu, Azərbaycan və Makedoniyanın birgə teatr layihəsi olaraq tarixdə ilk dəfə gerçəkləşir.

Tamaşanın quruluşçu rejissoru makedoniyalı sənətçi Rizeski Gjorgji, quruluşçu rəssam və qrafik dizayneri isə Emil Pachkovskidir. Yaradıcı heyətdə hər iki ölkənin peşəkar teatr nümayəndələri yer alır.

“1984” tamaşasının Bakı premyerası bu ilin 24 oktyabr tarixində, saat 20:00-da “Heydər Əliyev Sarayında” baş tutacaq.

Beynəlxalq əməkdaşlıq çərçivəsində layihənin növbəti premyeraları dekabr ayında Makedoniya, Serbiya, Albaniya və Xorvatiyada təqdim olunacaq. Tamaşa Ziya Ağa və bir neçə xarici koprodakşn şirkətin təşkilatçılığı ilə reallaşır.

Hazırda tamaşada çıxış edəcək aktyor heyəti üzərində işlər davam edir. Kastinq prosesi yekunlaşmaq üzrədir və nəticələr yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

К Земле приближается загадочный гость из глубин Вселенной…

Ən son

ОБО ВСЕМ

Когда речь заходит о загадочной цивилизации майя, на ум сразу приходят пирамиды, астрономия и жертвоприношения.

ОБО ВСЕМ

Когда речь заходит о загадочной цивилизации майя, на ум сразу приходят пирамиды, астрономия и жертвоприношения.