Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/16/2025

Paylaşın

GÜNDƏM

11-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) keçiriləcək.

Bakı-baku.az xəbər verir ki, “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmuş builki sərgidə hazırda iştirak üçün 18 ölkədən 41 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib.

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünyaşöhrətli xarici yazıçılar iştirak edəcəklər.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

Sərgi müddətində müxtəlif formatda 250-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Türkiyə, Argentina, İngiltərə, Litva, Qətər və digər ölkələrin görkəmli yazarları, elm adamları sərgidə təmsil olunacaq.

Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcəkdir.

Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.

Sərgiyə giriş ödənişsizdir.

Sərgidə iştirakla bağlı qeydiyyat sənədləri ən son 2025-ci il sentyabrın 25-dək Təşkilat Komitəsinə təqdim edilməlidir.

Qaynar xətt: (+99412) 147

📧 bakubookfair@culture.az
🌐 www.bakubookfair.az
📸 Instagram: @baku_book_fair

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sürəyya onun ikinci nikahından, General Balakişi bəy Ərəblinskinin qızı Sona xanımdan olan sonbeşiyi idi.

Ən son

GÜNDƏM

Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin

GÜNDƏM

Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin