Nəşr edilmişdir 01/31/2025

Paylaşın

GÜNDƏM

Zirə Limanından dəmir yolu ilə ilk dəfə tranzit yüklərin daşınmasına başlanıb

Bakibaku

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilk dəfə Zirə Limanından dəmir yolu ilə tranzit yüklərin daşınmasına başlayıb.
Bu barədə Baki-baku.az ADY-yə istinadən xəbər verir.
Məlumata görə, ADY tərəfindən 2023–2024-cü illərdə həyata keçirilən infrastruktur quruculuğu çərçivəsində Dübəndi–Zirə–Gürgən–Zirə Dəniz Limanı dəmiryol xətti (21 km) yenidən qurulub, Gürgən və Zirə Limanı arasında 9 km uzunluğunda yeni dəmiryol xətti çəkilib.
Qeyd olunan infrastruktur quruculuğu Zirə Limanından ilk dəfə olaraq dəmir yolu ilə tranzit yüklərin daşınmasına imkan yaradıb.
İlkin mərhələdə 13 min tona yaxın yükün daşınmasına başlanılıb. Mərkəzi Asiyadan göndərilmiş kükürd yükü qatarla Avropa istiqamətinə yola salınacaq. Ümumilikdə Zirə limanından dəmir yolu ilə ay ərzində 60 min ton yük daşınması planlaşdırılır.
Növbəti mərhələdə yüklərin çeşidinin artırılması, o cümlədən karbamid yükünün daşınması nəzərdə tutulur.
Zirə limanından dəmir yolu ilə tranzit yüklərin daşınması sayəsində Orta Dəhlizlə yük axınlarının daha sürətli təşkili və əməliyyatların səmərəliliyi təmin olunacaq.
ADY tranzit daşımaları effektiv təşkil etməklə yanaşı, Azərbaycan ərazisindən keçən dəhlizlərin inkişafı, rəqabətliliyinin və cəlbediciliyinin artırılması üzrə aktiv fəaliyyət göstərir. Azərbaycan üçün əsas strateji əhəmiyyətli tranzit dəhlizi Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşındığı Orta Dəhlizdir. Azərbaycan bu dəhlizin şaxələndirilməsi və alternativ qollarının formalaşdırılması üzrə əsas təşəbbüskar tərəfdir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol “Dostluq” ordeni ilə təltif edilib.Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan

Ən son

ƏSAS XƏBƏRLƏR

Bitkilərin bir neçə çoxaltma üsulları vardır ki, bunlardan ən geniş istifadə olunan üsullar toxumla, qələmlə

GÜNDƏM

Dünyanın sahəsinə görə ən böyük gölünün Xəzər olduğu çoxlarına, ələlxüsus da azərbaycanlılara məlumdur. Sahilində yaşadığımız,

GÜNDƏM

Bu barədə Baki-baku.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən