Nəşr edilmişdir 01/06/2025

Paylaşın

GÜNDƏM

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda tikilmiş 5-ci yedək gəmisi istismara verilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) inşa olunan növbəti gəmi istismara verilib.
Baki-Baku.az ASCO-ya istinadən xəbər verir ki, “Azıx” adlandırılan yedək gəmisi Xəzər Dəniz Neft Donanmasının balansına qəbul edilib.
Gəminin uzunluğu 24,72 metr, eni 6,60 metr, bortunun hündürlüyü 3 metr, suya oturumu 1,6 metr, dedveyti 14 tondur.
7 nəfərlik heyətlə idarə olunan gəminin sürəti 9 uzel təşkil edir. Yedək gəmisi göyərtəsinə 3 tonadək yük qəbul etmək imkanına malikdir.
“Azıx” Zavodda inşa edilən sayca beşinci gəmidir. Bundan öncə “ASCO 1” “Tərtərçay”, “Həkəriçay” və “Bərgüşadçay” adlı eyni tipli gəmilər tikilərək təhvil verilib. Hazırda bu seriyadan olan daha bir ədəd gəminin inşası davam edir. Həmin gəmilərin mərhələli şəkildə istismara verilməsi planlaşdırılır.
Beynəlxalq standartların tələblərinə cavab verən sözügedən gəmilərin layihələndirilməsini “ASCO Mühəndislik” MMC-nin əməkdaşları yerinə yetiriblər.
Xatırladaq ki, ZGTTZ-də geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri ilə yanaşı, müvafiq sertifikatlaşma əsasında 2017-ci ildən gəmilərin tikintisi də həyata keçirilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Baki-baku.az xəbər verir ki,

Ən son

SİYASƏT

…Daha sonra səfirliyimizə qarşı terror aktı törədildi və bu, təşkil olunmuş terror aktı idi. Bunu

SİYASƏT

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan ilə İran arasında münasibətlərə, İranın

GÜNDƏM

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Milad bayramı münasibətilə rəsmi sosial şəbəkə səhifələrində paylaşım edib.