Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/21/2026

Paylaşın

GÜNDƏM

“Zal qızı Zalxa” komediyasının premyerası təqdim olunacaq

“Zal qızı Zalxa”

30 və 31 yanvar tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Şərəf” və “Şöhrət” ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə “Zal qızı Zalxa” komediyasının premyerası təqdim olunacaq.

Yazıçı-dramaturq Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında ərsəyə gələn tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rejissoru Prezident mükafatçısı Samir Qulamovdur.

Tamaşanın süjeti polis məntəqəsinin müvəqqəti saxlama təcridxanasında baş verən tragikomik hadisələr üzərində qurulub.

Dəmir barmaqlıqlar arxasında saxlanılan yeddi məhbus qadın və onları qorumağa çalışan ananın duzlu-məzəli əhvalatı tamaşaçılara gülüş dolu anlar bəxş edəcək. Komediyada ana fədakarlığı, qadın taleyi, ailə və cəmiyyət arasındakı bağların möhkəmliyi də ön plana çəkilir.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, dirijoru Səməd Süleymanlı, xormeysteri Məlahət Qasımova, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Razimə İsmayılovadır.

Tamaşada Xalq artisti ilə yanaşı, Əməkdar artist Əzizağa Əzizov (Babək), Prezident mükafatçısı Ülviyyə Əliyeva (Nigar), aktyorlar Hüseyn Əlili (Polis Aslan), Gülcahan Salamova (Həcər), Türkel Tariqpeyma (Nüşabə) Ofeliya Məmmədova (Tomris), Gültac Əlili (Ərəbi), Gülnarə Əzizova (Qüdrət), Nərmin Əliyeva və Nigar Rüstəmova (Şöhrət), Cəbrayıl Cəbrayılov (arabadakı adam), həmçinin teatrın xor və balet artistləri iştirak edəcəklər.

Qeyd edək ki, aktrisa bu obrazı 2007-ci ildə Əməkdar incəsənət xadimi Oruc İzzətoğlunun quruluşunda da uğurla ifa edib.
Biletləri şəhərimizin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.

“Zal qızı Zalxa”

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda yanvarın 21-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin