Nəşr edilmişdir 03/03/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Zahid Xəlilov kimdir? – Bakı küçələrinin adlarını daşıyanlar

IMG-20250303-WA0071

Bakının ən məşhur, adı çox çəkilən küçələrindən biri Zahid Xəlilov küçəsidir. Bəs biz Zahid Xəlilovun necə görkəmli bir şəxsiyyət olduğunu bilirikmi?
Baki-baku.az həmin şəxsiyyətin kimliyini təqdim edir:
Sovet və Azərbaycan SSR dövlət xadimi, görkəmli riyaziyyatçı-alim, akademik, Azərbaycan SSR Elmlər Akademiyasının Prezidenti (1962–1967) Zahid Xəlilov 14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Saraçlı kəndində anadan olub.
Orta məktəbi və Türk Pedoqoji Texnikumunu Tiflisdə bitirdikdən sonra 1929-cu ildə Bakıda Azərbaycan Dövlət Universitetinin riyaziyyat şöbəsinə daxil olub, 1930–1934-cü illərdə Universitet bağlandığına görə ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda başa vuraraq yenidən Tiflisə qayıdıb və Dəmir yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda işləyib.

1937-ci ildə Tiflisdə Riyaziyyat İnstitutunun aspiranturasına daxil olmuş, 1940-cı il Tbilisi Dövlət Universitetində məşhur riyaziyyatçı, professor S.Berqmanın rəhbərliyi altında “Kleb məsələsi və onun ümumiləşməsi” mövzusunda dissertasiya müdafiə edərək Qafqaz türkləri arasında ikinci fizika-riyaziyyat elmləri namizədi – alimlik dərəcəsi alan şəxsdir. Həmin il o, Bakıya Azərbaycan Dövlət Universitetinə dəvət alıb və ömrünün sonuna qədər Azərbaycan və onun elminə bağlanıb.

1942-ci ildən SSRİ EA-nın Azərbaycan filialına keçib, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarandıqda isə onu fizika və riyaziyyat sektorlarının rəhbəri olub. 1946-cı ildə 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru olub.1950-ci illərdən başlayaraq Z.Xəlilovun elmi əsərləri Moskva, Leninqrad, Kiyev, Tbilisi kimi elmi mərkəzlərdə, eləcə də ABŞ-də çap olunaraq ona şöhrəti gətirib. O, Azərbaycan funksional analiz məktəbinin banisi, həm də SSRİ-də bu sahənin ideoloqlarından biri olub. SSRİ-də ilk “Funksional analiz” dərsliyini də o yazıb.

Z. Xəlilov 1950-ci ildə Riyaziyyat və Mexanika İnstitutunun direktoru təyin edilib, 1955-ci ildə AMEA-nın həqiqi üzvü seçilib. 1957–1959-cu illərdə Akademiyanın vitse-prezidenti, 1962–1967-ci illərdə isə prezidenti olub. 1967-ci ildən ömrünün sonuna qədər isə özünün yaratdığı Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edib.

Görkəmli Azərbaycan riyaziyyatçısı, Əməkdar elm xadimi, akademik Z.Xəlilov SSRİ Ali Sovetinə və Millətlər Sovetinə deputat seçilib, “Qırmızı Əmək Bayrağı”, “Şərəf Nişanı” ordenləri ilə təltif olunub, bir çox başqa mükafatlara layiq görülüb. O, 4 fevral 1974-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Suraxanıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranıb.

Ən son

GÜNDƏM

Britaniyalı aktyor Saymon Fişer-Bekker 63 yaşında vəfat edib. Baki-baku.az bu barədə onun agenti Kim Berrinin

GÜNDƏM

Britaniyalı aktyor Saymon Fişer-Bekker 63 yaşında vəfat edib. Baki-baku.az bu barədə onun agenti Kim Berrinin