Nəşr edilmişdir 12/22/2024

Paylaşın

GÜNDƏM

Zərbə dalğası çox dağıdıcı qiymətləndirilən asteroid Yerə yaxınlaşır

Asteroid

Yerə 10 mərtəbəli bina ölçüsündə nəhəng asteroid yaxınlaşır.
Baki-baku.az bu barədə NASA alimlərinin verdiyi məlumata əsasən xəbər verir.
Məlumata görə, 2024 XN1 adlandırılan səma cismi Milad bayramı ərəfəsində, 24 dekabr tarixində planetimizin yanından keçəcək.
Səma cismi Yer üçün potensial təhlükə təşkil edir. Alimlərin qiymətləndirməsinə görə, əgər bu kosmik obyekt planetimizlə toqquşsaydı, onun zərbə dalğası bir neçə min nüvə bombasının partlayışına bərabər olardı.
Məlumatda NASA alimlərinin səma cisminin hərəkət trayektoriyasını diqqətlə izləməyə davam etdikləri bildirilib.
Qeyd etmək lazımdır ki, bu, iri asteroidlərin Yerə təhlükəli məsafədə keçdiyi ilk hal deyil. Təkcə dekabr ayının əvvəlində NASA planetimizə eyni vaxtda iki potensial təhlükəli kosmik obyektin yaxınlaşdığını qeydə alıb. 3 və 4 dekabr tarixlərində bu asteroidlər Yerdən müvafiq olaraq təxminən 2 və 5 milyon kilometr məsafədə keçiblər.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Prezident İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissanayakeyə təbrik məktubu göndərib.

Ən son

GÜNDƏM

Ötən il 737 min 614 (96 %) uşaq Bakı Baş Səhiyyə Mərkəzinin tabeli tibb müəssisələrində

GÜNDƏM

Ötən il 737 min 614 (96 %) uşaq Bakı Baş Səhiyyə Mərkəzinin tabeli tibb müəssisələrində