Avropanı sarsıdan İngiltərə ilə Fransa arasında baş verən, 116 il sürən “Yüzillik” müharibə 100 yox, düz 116 davam edib! Yəni 1337-ci ildən 1453-cü ilə qədər. Münaqişə kralların taxt-tac iddiası ilə başlamış, sonda isə bütöv xalqların dəyişiminə gətirib çıxarmışdı.
Bakı-baku.az saytının qeyd etdiyi kimi, bu müharibə əslində fasiləsiz bir döyüş deyil, döyüşlər, atəşkəslər, diplomatik oyunlar və sülalə dəyişikliklərindən ibarət bir serial idi.
Başqa sözlə, İngiltərə ilə Fransa arasındakı bu savaş fasiləsiz olmamışdır: fəal hərbi əməliyyatlar müəyyən dövrlərdə dayanır, yerini sülh razılaşmalarına və sakit dövrlərə verirdi. Bu müharibəni klassik bir hərbi kampaniyadan çox, fəsillərarası fasilələrlə yayımlanan bir dram serialına bənzətmək olar.
Bu müharibə Janna d’Ark kimi bir simanı dünyaya bəxş etdi, cəngavərlik haqqında təsəvvürləri əbədi olaraq dəyişdi və həm Fransa, həm də İngiltərə üçün milli kimliyin təməlini qoydu.
Hacı Cavadov