Nəşr edilmişdir 12/04/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Yorğunluq, çəki artımı, saç tökülməsinin səbəbi nədir?

Yorğunluq

“Yorğunluq, çəki artımı, dəri quruluğu, saç tökülməsi və estetik qüsurların yaranması… Bütün bunlara qalxanvari vəz xəstəliklərinə səbəb ola bilər”.
Baki-baku.az bu barədə İzvestiya.ru-ya istinadla xəbər verir.
Rusiyalı həkim Andrey İsayev bildirib ki, qalxanvari vəz orqanizmdə maddələr mübadiləsinin və enerjinin tənzimlənməsində mühüm rol oynayır.
“Hipotiroidizm – yəni qalxanvari vəzin istehsal etdiyi hormonların səviyyəsinin azalması metabolizmin yavaşlamasına səbəb ola bilər. Bu isə yuxarıda sadaladığım simptomlara səbəb olur. Bundan əlavə, qalxanvari vəzin böyüməsi traxeya və qida borusunun ətraf toxumalarını sıxa bilər ki, bu da öz növbəsində tənəffüs və udma funksiyalarını çətinləşdirə bilər”, – deyə həkim dib.
Mütəxəssis bildirib ki, qalxanvari vəzin ən təhlükəli xəstəliyi xərçəngdir: “Qalxanvari vəzin bədxassəli şişi orqanın vəzi toxumasında formalaşan düyünlü törəmədir. Bu xəstələrdə aşağıdakı simptomlar yarana bilər: Vəzin və ya onun paylarından birinin böyüməsi, boğazda qəhər hissi, udma və tənəffüsün çətinləşməsi, quru öskürək, səsin tutulması”.
Onun sözlərinə görə, həmçinin qalxanvari vəzin autoimmun xəstəlikləri də mövcuddur, məsələn Qreyves xəstəliyi və Haşimoto tireoiditi. Bunlar orqan toxumalarının xroniki iltihabı proseslərinə və dağılmasına səbəb olur.
“Bütün bu xəstəliklər diqqətli münasibət və vaxtında tibbi yardım tələb edir. Erkən diaqnostika və adekvat müalicə xəstənin proqnozunu və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər”, – deyə ekspert vurğulayıb.
İsayev bildirib ki, qalxanvari vəz xəstəlikləri zamanı sağlamlıq vəziyyətini pisləşdirə bilən bir neçə amil, məsələn, qalxanvari vəz hormonlarının istehsalı üçün lazım olan yod çatışmazlığı var.
“Yod çatışmazlığı hipotiroidizmə və ya qalxanvari vəzin böyüməsinə səbəb ola bilər. Bundan əlavə, düzgün olmayan qidalanma, vitamin və mineral çatışmazlığı qalxanvari vəzin fəaliyyətinə mənfi təsir göstərə bilər. Siqaret çəkmək də qalxanvari vəz patologiyalarında mənfi təsir göstərir, çünki hipertiroidizm simptomlarını ağırlaşdıra bilər. Əgər qalxanvari vəz xəstəliyi vaxtında diaqnoz edilməzsə və ya lazımi müalicə almazsa, bu, vəziyyətin pisləşməsinə səbəb ola bilər”, – deyə İsayev fikirlərini yekunlaşdırıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək.Baki-Baku.az xəbər verir ki, bununla bağlı məsələ “İqtisadi əməkdaşlıq Təşkilatının

Ən son

GÜNDƏM

1999-cu ilə Bakı yollarına aid fotolarda o dövrün nəqliyyat sektorundakı çətinlikləri aydın şəkildə görmək olar.

GÜNDƏM

Ulu varlığın ağlı ünsiyyət tələb edir. Buna görə də o, daha kamil olanlar üçün daha

ETNOQRAFIYA, ƏSAS XƏBƏRLƏR

Dünyada müxtəlif xalqlar yaşayır və onların hər birinin vətəni var. Amma qaraçılar adlanan bir xalq