Nəşr edilmişdir 12/02/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Yol polisinin yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciəti

IMG-20241202-WA0044

Baş Dövlət Yol Polisi İdarəsi dumanlı, yağışlı hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
Baki-baku.az bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata istinadən xəbər verir.
Bildirilib ki, hazırda ölkə ərazisində müşahidə olunan yağışlı, dumanlı hava yollarda qəza riskini artırır.
“Belə hava şəraiti görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da sürücülərin digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır, sürüşmə ehtimalını artırır.
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək əlverişsiz hava şəraitində, xüsusilə gecə və səhər saatlarında daha da diqqətli olmağı, sürücülərdən sürət həddini, ara məsafəsini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, piyadalardan isə mümkün təhlükələri nəzərə alaraq, daha məsuliyyətli və ehtiyatlı olmağı xahiş edir”, – qurumun məlumatında qeyd olunub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan

Ən son

GÜNDƏM

Bakı şəhərində yeni park salınır.Baki-baku.az xəbər verir ki, park keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar”

GÜNDƏM

Bakı şəhərində yeni park salınır.Baki-baku.az xəbər verir ki, park keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar”