Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/01/2025

Paylaşın

GÜNDƏM

Yol polisi piyadalara müraciət edib

Yol Polisi, Baş Dövlət Yol Polisi İdarəsi

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

Baki-baku.az müraciəti təqdim edir:

“Yollarda hər bir hərəkət iştirakçısının davranışı birbaşa təhlükəsizlik mühitinə təsir edir. Xüsusilə piyadalar üçün bu məsuliyyət daha da böyükdür, çünki onlar yolun ən müdafiəsiz iştirakçılarıdır. Təəssüf ki, müşahidələrə görə bəzi hallarda piyadalar müəyyən edilmiş keçidlərdən istifadə etmədən, nəqliyyat vasitələri üçün yüksək sürət nəzərdə tutulan yol sahələrini keçməyə cəhd edirlər. Belə addımlar, sözün əsl mənasında, birbaşa ölümə doğru atılan addımlardır.

Sürücü yüksək sürətlə hərəkət edərkən, qəfil qarşısına çıxan piyadanı görsə belə, avtomobilin tam dayanması üçün müəyyən məsafəyə ehtiyac duyulur. Fiziki olaraq belə hallarda qəzanın qarşısının alınması çox vaxt mümkün olmur. Bu səbəbdən, yolun hərəkət hissəsinə məsuliyyətsiz daxil olmaq təkcə qayda pozuntusu deyil, həm də həyatı riskə atmaq deməkdir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək, yol hərəkəti qaydalarına ciddi yanaşmağı, yalnız piyada keçidləri və işıqforla tənzimlənən yerlərdən istifadə etməyi, eyni zamanda, avtomobil axınının sıx və sürətli olduğu yollarda ehtiyatlı olmağı tövsiyə edir.

Unutmayaq ki, bir anlıq tələskənlik bəzən geri dönüşü olmayan faciəyə gətirib çıxarır”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Martın 11-də Şəhidlər xiyabanını ziyarət edib.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin