Nəşr edilmişdir 05/11/2025

Paylaşın

GÜNDƏM

Yol polisi piyadalara çağırış etdi

Yol Polisi, BDYPİ, Piyada, "Piyadalar, diqqətli olun!"

“Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların iştirakı ilə baş verən qəzaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalsa da, ümumilikdə bu sahədə qabaqlayıcı tədbirlərin görülməsinə hər zaman ehtiyac var”.

Baki-baku.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə may ayının 12-dən 19-dək respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcəkdir:

“Tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktik tədbirlərin artırılması ilə yanaşı, əhali arasında təbliğat-təşviqat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi nəzərdə tutulur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piydaları diqqətli olmağa çağırır, eyni zamanda ictimai təsisatları, xüsusilə media subyektlərini sözügedən tədbir çərçivəsində birgə əməkdaşlığa dəvət edir”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az paylaşımı təqdim edir:

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.