Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/10/2025

Paylaşın

GÜNDƏM

Yol polisi dayanma-durma qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Bu barədə Baki-baku.az-a İdarədən məlumat verilib.
Bildirilib ki, paytaxtda və respublikanın müxtəlif bölgələrində nəqliyyat vasitələrinin sayı artır və yol hərəkətində intizamın qorunması, hər bir sürücünün qaydalara əməl etməsi daha da vacib əhəmiyyət kəsb edir:
“Parklanma və dayanma-durma qaydalarına riayət olunmaması problemlərə səbəb olur və bunun nəticəsində hərəkət zolaqları iflic olur, digər sürücülərin manevr imkanları məhdudlaşdırılır, nəqliyyat axını ləngiyir və sıxlıq yaranır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.
Bunun qarşısını almaq üçün sürücülərdən xahiş edilir ki, avtomobillərini yalnız nəzərdə tutulmuş dayanacaq və parklanma yerlərində saxlamalı, qısa müddətli dayanma zamanı belə digər nəqliyyat vasitələrinin və ictimai nəqliyyatın hərəkətinə maneə yaratmamalıdır”.
Baş Dövlət Yol Polisi bir daha bütün sürücülərə müraciət edərək bildirir ki, parklanma və dayanma-durma qaydalarına ciddi şəkildə əməl olunmalı, yol hərəkətində intizamı qorumalı, tıxacların və qəzalara səbəb ola biləcək halların yaranmasına imkan verməməlidir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

В современную эпоху воздушный транспорт стал неотъемлемой частью повседневной жизни людей.

Ən son

HƏR ŞEYDƏN

Baki-baku.az bildirir ki, bu cazibədar “gülümsəmə” arxasında daha qaranlıq və şokedici bir həqiqət gizlənir

HƏR ŞEYDƏN

Baki-baku.az bildirir ki, bu cazibədar “gülümsəmə” arxasında daha qaranlıq və şokedici bir həqiqət gizlənir
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin