Nəşr edilmişdir 02/13/2025

Paylaşın

GÜNDƏM

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı müraciət edib.

Baki-baku.az həmin müraciəti təqdim edir:

“Sinoptiklərin məlumatına əsasən, fevralın 14-də Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrdə yağış yağacağı, dağlıq rayonlarda yolların buz bağlaması gözlənilir.

Sürücüləri yağışlı havalarda sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, qəfil manevr və kəskin tormazlama etməkdən çəkinməyə, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağa çağırırıq.

Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı yüksək olduğundan mövsümə uyğun təchiz edilməyən, xüsusilə şinləri qış mövsümünə uyğun olmayan, eləcə də texniki-təhlükəsizlik baxımından köhnə avtomobillərlə həmin bölgələrə səfərlərin mümkün qədər təxirə salınması, təcrübəsiz sürücülərin buzlu yollarda avtomobil idarə etməkdən çəkinməsi tövsiyə olunur”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, dövlətimizin başçısına kanat yolunun texniki göstəriciləri barədə məlumat verildi.

Ən son

GÜNDƏM

Bu gün Bakı şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaqlarla

GÜNDƏM

Bu gün Bakı şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaqlarla