Nəşr edilmişdir 11/30/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Baki-Baku.az bu barədə idarədən verilən məlumata görə xəbər verir.
Bildirilib ki, sinoptiklərin məlumatına əsasən, qarşıdakı günlərdə respublika ərazisində hava şəraitinin yağmurlu olacağı, bəzi dağlıq rayonlarda qar yağacağı ehtimalı var:
“Proqnozlar mövsümə uyğun olsa da, yollarda xoşagəlməz hadisələrin baş verməməsi üçün sürücülər əlverişsiz hava şəraitində daha diqqətli olmalıdırlar. Xüsusilə, gecə və səhər saatlarında müşahidə olunan dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar”.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu, xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, avtomobillərinin sazlığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakıda mikromobilliyin inkişaf etdirilməsi prosesi davam edir.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq