Nəşr edilmişdir 03/12/2025

Paylaşın

TARİXİMİZ

Yerlə göyü birləşdirən 65 yaşlı müdrik – Bakı funikulyorunun tarixi

D6D0034B-6E8B-4B6F-A4AE-A9099EC89245

Ən gözəl şəhərlərdə nəqliyyat vasitəsi kimi tramvay, trolleybus, metro və digərləri  ilə yanaşı, funikulyor da fəaliyyət göstərir. Funikulyor çətin relyef şəraitində istifadə olunan xüsusi nəqliyyat vasitəsidir ki, sıldırım yol boyunca qısa məsafə üzrə relslər üzərində kanatla insanların və ya yüklərin daşınması üçün istifadə olunur.

Funikulyor Avropada olduqca yayğındır. Məsələn, Paris, Barselona, İstanbul, ​​Bergen, Praqa, Soçi, Neapol, Kiyev, Kaunas, Odessa və digər şəhərlərdə funikulyor gündəlik nəqliyyat vasitəsi kimi insanları bir yerdən digər yerə çatdırmaq üçün istifadə edilir. Bir vacib məqam da var ki, nəqliyyat funksiyasından əlavə, funikulyor həm də turistlər üçün böyük maraq obyektidir. Onunla bir nöqtədən digərinə hərəkət etmək insanlara əyləncəli gəlir. Həm də onun qəribə bir nostalji yaratmaq, keçmişə aparmaq xüsusiyyəti var. 

Bütün bunlardan başqa, onu daha bir üstünlüyü onun ekoloji cəhətdən təmiz olmasıdır. Kanat avtomobilləri səssizdir və atmosferə heç bir zərər vermir.

Bu cür funikulyordan Bakıda da var. O, həmin illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri olan, mühəndis Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib. Hazır funikulyor Bakı sakinlərinin ixtiyarına 1960-cı il mayın 5-də verilib. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilib.

Bakı funikulyoru “Bəhram Gur” və “Şəhidlər Xiyabanı” adlı iki stansiya arasında hərəkət edir. Stansiyalar arasındakı məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatır. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malikdir.

Bakı funikulyoru insanları sanki bu gündən – Neftçilər prospektindəki gur və qaynar həyatdan ucalığa – Şəhidlər Xiyabanına qaldırır. Xiyabanı ziyarət etmək, həmçinin də o ucalıqdan Bakının əsrarəngiz mənzərəsinə tamaşa etmək üçün funikulyor əvəzsiz vasitədir. Həmin nöqtədən Bakı sanki ovucun içində imiş kimi görünür.

Bakı funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilib.

1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanıb və 2001-ci ilin sonunda yenidən istifadəyə verilib. 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilib. Hətta 2007-ci ildəki təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan səs-küy də minimuma endirilib. 2011-ci ilin aprelində isə yenidən təmirə dayandırılıb. Funikulyor 23 may 2012-ci ildə əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Qeyd edək ki, funikulyorda gediş haqqı müxtəlif ölkələrdə fərqlidir. Məsələn, Tbilisi funikulyorunda gediş haqqı 10 lari  təxminən 6 manat, Barselonada  2,40 avro təxminən 4,20 manat, Praqada 30 kron – 2,20 manat, İstanbulda 30 lirə təxminən  1,40 manat, Bakıda isə 1 manatdır.

Yadda saxlamaq lazımdır ki, bütün bu qiymətlər yalnız bir istiqamət üçün nəzərdə tutulur.

Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakıda və Abşeron yarımadasında martın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ən son

TARİXİMİZ

Ən gözəl şəhərlərdə nəqliyyat vasitəsi kimi tramvay, trolleybus, metro və digərləri  ilə yanaşı, funikulyor da

TARİXİMİZ

Ən gözəl şəhərlərdə nəqliyyat vasitəsi kimi tramvay, trolleybus, metro və digərləri  ilə yanaşı, funikulyor da