Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/06/2025

Paylaşın

HƏR ŞEYDƏN

Yer kürəsindən 120 işıq ili uzaqlıqda həyat izləri tapılıb

Yer kürəsindən 120 işıq ili uzaqlıqda həyat izləri, Yer kürəsi, Planet, Qalaktika

Böyük Britaniyanın dünyaca məşhur Kembric Universitetinin alimləri Günəş sistemindən kənarda həyat əlamətləri aşkar ediblər.

Baki-baku.az xəbər verir ki, araşdırmaların nəticələri “Astrophysical Journal”da dərc olunub.

Ceyms Uebb Kosmik Teleskopunun məlumatlarından istifadə edərək, astronomlar dimetil sulfid (DMS) və dimetil disulfidin (DMDS) kimyəvi izlərini – həyatın mövcudluğunu göstərən molekulları müəyyən ediblər. Yer üzündə bu molekullar yalnız canlı orqanizmlərdə – ilk növbədə mikroblarda yaranır.

Molekullar Şir bürcündə Yerdən təxminən 124 işıq ili uzaqlıqda yerləşən “K2-18b” ekzoplanetinin atmosferində aşkar edilib.

“K2-18b” Yerdən ölçüsünə görə 2.6 dəfə böyük, kütləsinə 8.6 dəfə ağırdır və ekspertlər onun okeanla örtülü olduğunu təxmin edirlər. Planetin temperaturu Yerin temperaturuna yaxındır, lakin “K2-18b” o qədər sürətlə fırlanır ki, orada bir il cəmi 33 gün davam edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin