Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/14/2025

Paylaşın

GÜNDƏM

Yer kürəsindəki ən böyük “Mars daşı” hərracda satılacaq

Meteoritin 25 kq-lıq hissəsi “Sotheby’s” hərracında təxminən 2-4 milyon dollara satılacaq.

Baki-baku.az bu barədə “Associated Press”ə istinadən xəbər verir.
Məlumata görə, “NWA 16788” nümunəsi asteroidlə toqquşma nəticəsində Marsdan qopduğu iddia edilən meteoritin bir hissəsidir. O 225 milyon km-dən çox yol qət edib və Sahara səhrasına düşüb. 2023-cü ilin noyabrında Nigerdə “meteorit ovçuları” tərəfindən aşkar edilib.

Daşın ölçüsü 375 × 279 × 152 mm-dir, onun tərkibində Marsda tapıla bilən bütün maddələrin təxminən 7%-i var.

Nyu-Yorkda keçiriləcək hərrac çərçivəsində həmçinin hündürlüyü iki metrdən çox, uzunluğu isə demək olar ki, üç metr olan gənc seratozavrın skeleti də hərraca çıxarılacaq.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az-a bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir