Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/24/2025

Paylaşın

GÜNDƏM

Yeni təmayül tədris modelinin tətbiq olunduğu iki məktəbdə monitorinq keçirilib

Təmayül tədris modeli, Dövlət İmtahan Mərkəzi

Tam orta təhsil səviyyəsində yeni təmayül tədris modelinin tətbiq olunduğu paytaxtdakı 96 və 239 nömrəli tam orta ümumtəhsil məktəblərinin X siniflərində blok fənləri üzrə monitorinq keçirilib.

Bu barədə Baki-baku.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, monitorinqin əsas məqsədi şagirdlərin seçdikləri təmayül istiqamətlərinə uyğun əldə etdikləri bilik və bacarıqlarının, fənlər üzrə nailiyyətlərinin qiymətləndirilməsi, həmçinin gələcək qəbul imtahanlarına hazırlıq səviyyələrinin müəyyənləşdirilməsindən ibarətdir.

Humanitar, texniki, təbiət və riyaziyyat-iqtisadiyyat istiqaməti üzrə təmayül siniflərdə həyata keçirilən monitorinq Dövlət İmtahan Mərkəzinin qəbul imtahanı modelinə uyğun olaraq bloklarda təqdim olunan fənlər üzrə aparılıb.

Hər sinif üzrə monitorinqin nəticələri təhlil edilərək müəllimlərə təqdim ediləcək və nəticələr əsasında zəruri təkmilləşdirilmələrin aparılması məqsədilə əlavə tədbirlər görüləcək.

Qeyd edək ki, yeni təmayül tədris modelinin əsas məqsədi X-XI sinif şagirdlərinin maraq və meyillərinə uyğun olaraq fərdi inkişaf imkanlarını genişləndirmək, müəllimləri təmayül siniflərində uyğun tədris şəraiti ilə təmin etmək, keyfiyyətli və məqsədyönlü təhsil mühiti yaratmaq, eləcə də orta təhsil pilləsində təmayülləşmənin səmərəliliyini artırmaqdan ibarətdir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb

Ən son

GÜNDƏM

Bakının Nəsimi rayonun Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə yanğın başlayıb.

GÜNDƏM

Bakının Nəsimi rayonun Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə yanğın başlayıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin