Nəşr edilmişdir 03/21/2025

Paylaşın

GÜNDƏM

Yeni qalaktika kəşf olunub

Çin astronomları FAST radioteleskopundan istifadə edərək neytral atomar hidrogenlə zəngin
yeni ultra-yığcam cırtdan qalaktika kəşf ediblər.

Baki-baku.az bu barədə “arXiv” portalına istinadən xəbər verir.

Cırtdan qalaktikalar kainatdakı ən zəif və kimyəvi cəhətdən ən az inkişaf etmiş obyektlərdən biridir. Onlar əhəmiyyətli miqdarda qaranlıq maddə ehtiva edir ki, bu da onları erkən kainatın “süxurları”na çevirir.

Yeni KK153 qalaktikası təxminən 6.5 milyon işıq ili məsafədə yerləşir. Onun tsdiusuy 682 işıq ilidir. Müşahidələr göstərir ki, KK153-də neytral hidrogenin quruluşu tipik disk qalaktikasının quruluşuna uyğundur.

KK153-də ulduzların kütləsi təxminən 410 min Günəş kütləsi, neytral hidrogenin kütləsi isə 520 min Günəş kütləsinə çatır. Beləliklə, qalaktikada neytral qazın payı 0.63 təşkil edir ki, bu da yüksək qaz tərkibini göstərir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Konqres Mərkəzinin açılışında iştirak edib.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

XX əsr Azərbaycan poeziyasının ictimai fikir tarixində özünəməxsus yeri olan Nigar Rəfibəylinin şeirləri incə ruha,

TARIXI ŞƏXSİYYƏTLƏR

XX əsr Azərbaycan poeziyasının ictimai fikir tarixində özünəməxsus yeri olan Nigar Rəfibəylinin şeirləri incə ruha,