Yeni 2025-ci il — Yaşıl Taxta (ağac) İlan ili yaxınlaşır. Bu il yenilənmə, müdriklik və enerji dolu ildir. İli harmoniya və uğurla qarşılamaq üçün bayram geyimi düzgün seçilməlidir.
2025-ci il üçün yaxşı hesab olunan rənglər arasında yaşıl rəng xüsusi yer tutur. O, inkişaf, firavanlıq və sakitliyi təcəssüm etdirir. Qəhvəyi və bej rəngləri sabitlik və güvənliyi vurğulayır. Qızılı rəng isə zərafət və zənginliyi ön plana çıxarır. Ağ rəng təmiz düşüncələrə və yeni başlanğıclara ilham verir.
Parlaq qırmızı və qara rənglərdən çəkinmək məsləhət görülür, çünki bu rənglər ilin enerjisi ilə ziddiyyət təşkil edə bilər. Həmçinin həddindən artıq parlaq və cazibədar geyimlərdən uzaq durmaq tövsiyə olunur ki, uğuru özünüzdən uzaqlaşdırmayasınız.
Bürclər üçün geyim tövsiyələri
Od ünsürlü bürclər — Qoç, Şir, Oxatan üçün dolğun və isti rənglər daha uyğun olacaq. Tünd yaşıl, zeytun rəngi və qızılı-sarı tonlar bu bürclər üçün ideal seçimdir. Qoç dəqiq xətləri olan geyimləri, Şir qızılı aksentləri olan zərif kostyumları, Oxatan isə təbii naxışlarla bəzədilmiş komfortlu geyimləri seçə bilər.
Torpaq ünsürlü bürclər — Buğa, Qız, Oğlaq sabitlik və praktikliyi ilə seçilir. Onlar üçün qəhvəyi, bej və ya yaşıl rənglər mükəmməl olar. Buğa məxməri toxunuşlu geyimlərə, Qız minimalist bəzəklərə, Oğlaq isə sərt və eleqant kostyumlara üstünlük verə bilər.
Hava ünsürlü bürclər — Əkizlər, Tərəzi, Dolça yüngül və yaradıcı xarakterləri ilə tanınır. Nyut çalarlar və parlaq yaşıl tonlar onlara ən çox yaraşan seçimdir. Əkizlər qeyri-adi aksesuarlarla, Tərəzi harmonik rəng kombinləri ilə, Dolça isə asimmetrik fasonlarla fərqlənə bilər.
Su ünsürlü bürclər — Xərçəng, Əqrəb, Balıq hissiyyatlı və intuitiv təbiətləri ilə seçilir. Zümrüd yaşıl, dərin yaşıl və dəniz tonları bu bürclər üçün əla seçim olacaq. Xərçəng krujeva ilə bəzədilmiş zərif geyimlərə, Balıq axıcı və incə parçalara, Əqrəb isə dramatik və zərif obrazlara üstünlük verə bilər.
Rənglərin mənası
• Yaşıl: harmoniya və inkişaf.
• Qızılı: bolluq və zənginlik.
• Bej: istilik və rahatlıq.
• Ağ: təmizlik və yeni başlanğıc.
Unutmayın, Yeni ildə ən vacib rəng — sizə sevinc gətirən və bayram əhvalınızı yüksəldən rəngdir. Çünki məhz bu əhval, gələcək ilin əsas uğur simvoluna çevriləcək!