Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/23/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Yeni göz damcısı görmə itkisinə qarşı ümid verir

IMG-20250923-WA0053

Avstraliyanın Melburn Kral Texnoloji Universitetində (RMIT) aparılan araşdırma ciddi görmə problemlərinin müalicəsində yeni ümid yaradıb. Alimlər “lutein” adlı qoruyucu antioksidantı xüsusi nanotexnologiya vasitəsilə göz damcısı formasında tor qişaya çatdırmağı bacarıblar. Bu yanaşma xüsusilə yaşa bağlı makula degenerasiyası (AMD) xəstəliyinin müalicəsinə yönəlib. AMD dünyada milyonlarla insanda görmə itkisinə səbəb olur və hazırda yalnız iynə vasitəsilə müalicə olunur.

Baki-baku.azMedicalXpress” portalına istinadla xəbər verir ki, yeni damcı siçanlar üzərində sınaqdan keçirilib və “luteinin” göz hüceyrələrini zədədən qoruduğu müşahidə olunub. Ən əsası bu üsul aktiv maddəni aylarla otaq temperaturunda sabit saxlamağa imkan verir.

Tədqiqatçılar bildirirlər ki, damcı iynəni tam əvəz etməsə də, erkən mərhələdə AMD riskini azaltmaq və xəstələrin daha rahat müalicə almasına imkan yarada bilər. Mütəxəssislərin sözlərinə görə, bu texnologiya yalnız “luteinlə” məhdudlaşmır, gələcəkdə müxtəlif dərmanların gözə daha az invaziv üsullarla çatdırılmasına yol aça bilər.

Hazırda araşdırma ilkin mərhələdədir. Növbəti addım insan üzərində klinik sınaqların keçirilməsi olacaq.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident İlham Əliyev Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin